Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Ermənistan Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla telefon danışığı zamanı Ermənistan tərəfinin MDB üzv dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında fəal iştirak edəcəyini təsdiqləyib.

Cagdas.az xəbər verir bu barədə Türkmənistan televiziyası məlumat yayıb.

İclas bu ilin oktyabr ayında Türkmənistanda keçiriləcək.

Mənbənin məlumatına görə, liderlər arasında söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Berdiməhəmmədov Türkmənistanın MDB-yə sədrliyi çərçivəsində Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının zirvə görüşünün oktyabrın 9-da Avaza milli turizm zonasında keçiriləcəyini qeyd edib və Paşinyanı iclasda iştirak etməyə dəvət edib.

Baş nazir Nikol Paşinyan dəvətə görə minnətdarlığını bildirərək, Türkmənistanın regionda davamlı inkişafın gücləndirilməsinə yönəlmiş xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəkləndiyini qeyd etdi və Ermənistanın sammitdə fəal iştirak edəcəyini bildirib./teleqraf\