Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir – FOTO

Cəmiyyət

Azərbaycanlı jurnalist Surxay Atakişiyevin qızının ABŞ Ordusunda xidmət etdiyi məlum olub.

Cagdas.az  xəbər verir ki, bu barədə Surxay Atakişiyev sosial şəbəkə hesabında paylaşım edib.

Amerikaya övladları ilə görüşə gedən həmkarımız bildirib ki, qızı Kəmalə ABŞ Hərbi-Hava Qüvvələrinin hərbi hissələrindən birində çalışır.

O, qızının hərbi formada çəkilmiş fotosunu da paylaşıb.

Surxay Atakişiyevin sözlərinə görə, qızı Kəmalə Atakişiyeva ABŞ ordusunda informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssisi kimi xidmət edir.

Jurnalist onu da əlavə edib ki, oğlu Sübhan Atakişiyev də Azərbaycandan kənarda yaşayır. O, Sübhanın Kanadada süni intellekt mütəxəssisi kimi çalışdığını qeyd edib.

Surxay Atakişiyev əvvəllər AzTV-də çalışıb. Hazirda Bizim.media saytının əməkdaşıdır.\modern.az\