• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.1° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Turan Qastro Turizm Təhsil Mərkəzinin ilk məzunlarına CTH beynəlxalq diplomları təqdim olunub – FOTOLAR 

05 Sentyabr, 26 / 12:19
A A

Turan Qastro Turizm Təhsil Mərkəzində aşpazlıq üzrə peşə hazırlığını başa vuran ilk qrup məzunlarına Böyük Britaniyanın Confederation of Tourism and Hospitality (CTH) qurumunun beynəlxalq diplomları təqdim olunub.

Məzunlar CTH Level 2 Award in Cookery Skills kvalifikasiyasını qazanıblar. Onlardan biri Distinction (fərqlənmə), digəri isə Merit dərəcəsi ilə qiymətləndirilib. Mərkəzin ikinci qrupundan daha üç tələbə praktiki imtahanlarını verib və hazırda diplomlarını gözləyir.

Diplomların təqdim olunması mərasimində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq Filialının rəhbərliyi də iştirak edib.

Filialın müdiri vəzifəsini müvəqqəti icra edən, müdir müavini Zaur Allahverdiyev çıxışında peşə hazırlığına göndərilən şəxslərin təhsillərini burada tamamlayaraq beynəlxalq diplom qazanmasının əhəmiyyətindən danışıb. O, proqramın ilk nəticələrini uğurlu qiymətləndirib.

Zaur Allahverdiyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində Sloveniyada 200-dən çox vakansiya üzrə müraciətlərin qəbuluna başlanılıb. Təklif olunan iş yerləri arasında aşpaz vakansiyaları da var. Beynəlxalq diplom sahibi olan məzunların bu tip proqramlara müraciət imkanlarının daha geniş olduğu qeyd edilib.

Tədbirdə filialın müdir müavini Fərrux İlyasov və şöbə müdiri Elşən Şahverdiyev də çıxış ediblər.

Mərkəzin təsisçilərindən Doğan Tomris CTH sistemi və qiymətləndirmə prosesi barədə məlumat verib. O bildirib ki, CTH imtahan prosesinə ciddi tələblər tətbiq edir. Hər tələbənin işi daxili qiymətləndirmə, daxili verifikasiya və xarici verifikasiya mərhələlərindən keçir. Praktiki imtahanlar isə sənədləşdirilmiş sübutlar və video nəzarət vasitəsilə təsdiqlənir.

CTH Böyük Britaniyanın rəsmi kvalifikasiya tənzimləyicisi Ofqual tərəfindən tanınan mükafatlandırıcı qurumdur. Çoxmərhələli qiymətləndirmə sistemi kvalifikasiyanın keyfiyyətinin və beynəlxalq əmək bazarında etibarlılığının təmin edilməsinə xidmət edir.

Doğan Tomris çıxışında mərkəzin rəqəmsal platforması barədə də məlumat verib. Bildirilib ki, tqta.az saytında 1000-ə yaxın səhifə, yüzlərlə menyu, resept və tədris materialı yerləşdirilib. Məzunlar diplomlarını aldıqdan sonra da bu bazaya çıxışlarını saxlayırlar. Materiallar mütəmadi olaraq yenilənir və mətn, audio və video formatlarında təqdim olunur.

Mərkəzdə bu yanaşma “ömürboyu təhsil” prinsipi üzərində qurulub. Məqsəd məzunların diplom aldıqdan sonra da peşə biliklərini inkişaf etdirməsinə və daim yeni materiallarla işləməsinə imkan yaratmaqdır.

Turan restoranlar şəbəkəsinin rəhbəri, mərkəzin təsisçilərindən Mübariz Quliyev isə məzunlara müraciət edərək öyrənməyə davam etməyin vacibliyini vurğulayıb.

“Diplom bir başlanğıcdır, son deyil. Öyrənməyə davam edin. Hansı mətbəxdə işləsəniz, bu məktəbi də təmsil etdiyinizi yadda saxlayın”, – deyə Mübariz Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında aşpazların beynəlxalq sertifikatlaşdırılması və peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulur. Turan Qastro Turizm Təhsil Mərkəzi bu istiqamətdə beynəlxalq sertifikatlaşdırmanı peşə hazırlığı ilə birləşdirən mərkəzlərdən biridir.

Sumqayıt şəhərində fəaliyyət göstərən Turan Qastro Turizm Təhsil Mərkəzi ictimai iaşə və qonaqpərvərlik sahəsi üzrə peşə hazırlığı həyata keçirir. Mərkəz CTH akkreditasiyalı təhsil mərkəzidir (Mərkəz №2501) və Dövlət Məşğulluq Agentliyi ilə peşə hazırlığı istiqamətində əməkdaşlıq edir.

Mərkəzin fəaliyyət modeli hazırlıq, beynəlxalq sertifikatlaşdırma və işə yerləşdirmə mərhələlərini əhatə edir.

Tədbir məzunlara beynəlxalq diplomların təqdim olunması ilə yekunlaşıb.

image-img-20260905-wa0026 image-img-20260905-wa0024 image-img-20260905-wa0027 image-img-20260905-wa0023 image-img-20260905-wa0025 image-img-20260905-wa0022

Bənzər Xəbərlər

Cəmiyyət

Metrodan istifadə edənlərə xoş xəbər – DƏYİŞİKLİK EDİLİR

Sentyabr 5, 2026
Cəmiyyət

Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri yaradılacaq

Sentyabr 5, 2026
Cəmiyyət

Putin cüdoçu, Makron boksçu, Tramp qolfçu – Prezidentlərin idman həyatı – Maraqlı FOTOLAR

Sentyabr 5, 2026
Cəmiyyət

Ermənistan Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

Sentyabr 5, 2026
Cəmiyyət

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

Metrodan istifadə edənlərə xoş xəbər – DƏYİŞİKLİK EDİLİR

05 Sentyabr, 26 / 14:09

Sülh sazişinin imzalanması: ABŞ Ermənistana bu vədi verib – WSJ

05 Sentyabr, 26 / 13:49

Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri yaradılacaq

05 Sentyabr, 26 / 13:27

3 bürc üçün maddi bolluq qapıları açılır

05 Sentyabr, 26 / 13:04

Putin cüdoçu, Makron boksçu, Tramp qolfçu – Prezidentlərin idman həyatı – Maraqlı FOTOLAR

05 Sentyabr, 26 / 12:42

Ermənistan Türkmənistanda keçiriləcək MDB sammitində iştirak edəcək

05 Sentyabr, 26 / 12:21

Turan Qastro Turizm Təhsil Mərkəzinin ilk məzunlarına CTH beynəlxalq diplomları təqdim olunub – FOTOLAR 

05 Sentyabr, 26 / 12:19

ABŞ Türkiyəyə sanksiya tətbiq etdi – Nə baş verir?

05 Sentyabr, 26 / 12:02

Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunacaq

05 Sentyabr, 26 / 11:43

Ombudsman: Erməniəsilli məhbuslarla bağlı iddialar əsassızdır

05 Sentyabr, 26 / 11:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.