Ukrayna Rusiyaya həm şəhərlərə zərbələrin, həm də cəbhə xəttində döyüşlərin dayandırılmasını nəzərdə tutan atəşkəs təklifi göndərib.
Cagdas.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov bildirib.
Onun sözlərinə görə, təklif şəxsən Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb, lakin Moskva buna cavab verməyib.
Budanov qeyd edib ki, söhbət yalnız Rusiyanın Ukrayna ərazisinə raket və dron hücumlarını dayandırmasından getməyib. Təklif cəbhədə də atəşin dayandırılmasını nəzərdə tutub.
“Amma dronlar uçur, bunu hamınız gördünüz”, – deyə Budanov təklifin Rusiyaya çatdırılmasından sonra vəziyyəti şərh edib.
Ukrayna Prezident Aparatının rəhbəri həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin bazar günü Ukraynaya səfər edəcəyini bildirib.
Budanov onların səfəri zamanı Rusiyanın Kiyevə zərbələr endirməkdən çəkinə biləcəyini də ehtimal edib:
“Düşünürəm ki, sabah Kiyevə zərbələr endirilməyəcək”.
Xatırladaq ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu gün Moskvaya səfər ediblər.\modern.az\















