Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Toyuq saxlayanlar vergi ödəyəcək? – VACİB AÇIQLAMA

Cəmiyyət

Sosial şəbəkələrdə 10-dan artıq toyuğu olan şəxslərin vergi ödəyəcəyi ilə bağlı məlumat yayılıb. İddia xüsusilə kənd sakinləri arasında narahatlıq yaradıb və belə bir qərarın absurd olduğu bildirilib. Təbii ki, bu tip “xəbərə” inanan da var, inanmayan da.

Bəs bu məlumatın hüquqi əsası varmı? Gələcəkdə həyətyanı təsərrüfatında müəyyən saydan artıq toyuq saxlayan şəxslərin vergiyə cəlb edilməsi mümkündürmü? Əgər məlumat həqiqəti əks etdirmirsə, bunu yayan şəxslə bağlı hansı tədbirlər görülə bilər?

Cagdas.az -ın xəbərinə görə, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, toyuqlarla bağlı vergi məsələsi bir qədər absurd görünür:

“Amma istənilən halda belə məsələlər dövlətlərin özlərinin qərar verə biləcəyi məsələlərdir. Ona görə də, heç şübhəsiz, bu cür vergilərin, o cümlədən bu qəbildən olan vergilərin müəyyən edilməsi Azərbaycan dövlətinin tam səlahiyyəti daxilindədir. Lakin mən inanmıram ki, belə bir addım atılsın”.

ramil suleymanov 900x600 3

Ramil Süleymanov

Vəkil bildirib ki, yalan məlumat yayan şəxslər cəzalandırıla bilərlər:

“Uydurma və yalan məlumatların yayılması cəmiyyətdə müəyyən çaşqınlığa səbəb olarsa, maraqlı subyektlər tərəfindən bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilə və araşdırma başlana bilər. Əgər həqiqətən də sosial şəbəkələrdə və ya internet informasiya ehtiyatlarında əsassız məlumatlar yayan şəxslərin bu fəaliyyəti İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinin tələblərini pozursa, həmin şəxslər barəsində inzibati tədbir görülə və cərimə tətbiq oluna bilər. Cərimənin məbləği isə 2 min manatadək müəyyən edilib”.\referans media\