Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Qubadlı rayonunun 2 məktəbi fəaliyyəti dayandırılacaq – RƏSMİ

Cəmiyyət

Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Cagdas.az -a bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin doğma yurdlarına qayıdışı ilə paralel həmin ərazilərdə müasir təhsil infrastrukturunun bərpası və dayanıqlı təhsil şəbəkəsinin qurulması istiqamətində tədbirlər davam etdirilir.

Açıqlamada qeyd olunub ki, Dövlət Proqramının icrası çərçivəsində respublikanın digər şəhər və rayonlarında müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən bəzi ümumi təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə dayandırılır və həmin məktəblər işğaldan azad edilmiş ərazilərdə yenidən təşkil edilir.

Regional Təhsil İdarəsindən bildirilib ki, cari tədris ilindən etibarən şagird sayının kəskin azalması səbəbindən Qubadlı rayonu üzrə 2 ümumtəhsil məktəbinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Həmin məktəblərdə təhsil alan şagirdlərin təhsilini digər yaxın ümumtəhsil müəssisələrində davam etdirməsi planlaşdırılır.\modern.az\