• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.6° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

BMT: Azərbaycanda çoxölçülü yoxsulluq 0,2 faizə enib

05 Sentyabr, 26 / 21:08
A A

Azərbaycanda çoxölçülü yoxsulluq səviyyəsi olduqca aşağı göstəriciyə düşüb.

Cagdas.az xəbər verir ki, bu, BMT İnkişaf Proqramı (UNDP) və Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün hazırladığı 2025-ci il Qlobal Çoxölçülü Yoxsulluq İndeksində əksini tapıb.

Hesabata əsasən, Azərbaycanda əhalinin 0,2 faizi, yəni təxminən 18 min nəfər çoxölçülü yoxsulluq şəraitində yaşayır. Daha dəqiq hesablamada göstərici 0,18 faiz təşkil edir.

Azərbaycanda ağır çoxölçülü yoxsulluq göstəricisi isə 0,0 faiz səviyyəsində göstərilib. Eyni zamanda əhalinin 1,4 faizi – təxminən 145 min nəfər çoxölçülü yoxsulluq riski altında olan kateqoriyaya daxil edilib.

Azərbaycanın Çoxölçülü Yoxsulluq İndeksi (MPI) 0,001 təşkil edib.

Müqayisə üçün, Avropa və Mərkəzi Asiya regionunda çoxölçülü yoxsulluğun orta səviyyəsi 1,5 faiz, ağır çoxölçülü yoxsulluq isə 0,1 faizdir. Bu baxımdan Azərbaycanın göstəricisi regional orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

Hesabatda Azərbaycan üzrə hesablamalar 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusunun (MICS) nəticələrinə əsaslanır.

Maraqlıdır ki, əvvəlki dövrlə müqayisədə Azərbaycanda çoxölçülü yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. UNDP-nin müqayisəli məlumatlarında 2006-cı ildə ölkədə çoxölçülü yoxsulluğun əhalinin 4,16 faizini, yəni həmin dövrün hesablaması ilə 362 min nəfəri əhatə etdiyi göstərilir. 2023-cü il məlumatında isə bu göstərici 0,18 faizə və 18 min nəfərə düşüb.

Beləliklə, müqayisə olunan dövrdə çoxölçülü yoxsulluğun əhatə etdiyi əhalinin payı təxminən 23 dəfə azalıb.

Qeyd edək ki, çoxölçülü yoxsulluq yalnız insanın gəliri ilə ölçülmür. Qlobal MPI sağlamlıq, təhsil və yaşayış səviyyəsi üzrə eyni vaxtda üzləşilən məhrumiyyətləri nəzərə alır. Bir şəxs ölçülən məhrumiyyətlərin ən azı üçdəbirinə məruz qalırsa, çoxölçülü yoxsul hesab edilir.

2025-ci il Qlobal Çoxölçülü Yoxsulluq İndeksi 109 inkişaf etməkdə olan ölkəni əhatə edir. Hesabata görə, bu ölkələrdə ümumilikdə 6,3 milyard insan yaşayır və onların təxminən 1,1 milyardı çoxölçülü yoxsulluq şəraitindədir.

UNDP ölkələri MPI göstəricisinə görə rəsmi sıralamadığını da xüsusi qeyd edir. Bunun səbəbi ölkələr üzrə istifadə olunan sorğuların müxtəlif illərə aid olmasıdır. Buna görə Azərbaycanı konkret “dünyada filan yerdədir” formasında təqdim etməkdənsə, çoxölçülü yoxsulluğun ən aşağı göstəricilərindən birinə malik ölkələrdən biri kimi göstərmək daha dəqiqdir.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı – (Foto)

Sentyabr 5, 2026
Cəmiyyət

Əhaliyə xəbərdarlıq:Sentyabrın 7-dən 8-i səhərədək

Sentyabr 5, 2026
Cəmiyyət

Toyuq saxlayanlar vergi ödəyəcək? – VACİB AÇIQLAMA

Sentyabr 5, 2026
Cəmiyyət

Bakıda bağlanan yollar açıldı

Sentyabr 5, 2026
Cəmiyyət

ABŞ-dan Köçəryanın həbsinə reaksiya

Sentyabr 5, 2026
Cəmiyyət

MİQ-də 81 bal toplayan müəllim nazirlikdən kömək istədi

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

“Dünya Çempionatından 18 milyard qazandıq”

05 Sentyabr, 26 / 21:48

Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı – (Foto)

05 Sentyabr, 26 / 21:23

BMT: Azərbaycanda çoxölçülü yoxsulluq 0,2 faizə enib

05 Sentyabr, 26 / 21:08

Əhaliyə xəbərdarlıq:Sentyabrın 7-dən 8-i səhərədək

05 Sentyabr, 26 / 20:16

Toyuq saxlayanlar vergi ödəyəcək? – VACİB AÇIQLAMA

05 Sentyabr, 26 / 20:03

Ukraynanın atəşkəs təklifi şəxsən Putinə çatdırılıb

05 Sentyabr, 26 / 19:48

Bakıda bağlanan yollar açıldı

05 Sentyabr, 26 / 19:27

ABŞ-dan Köçəryanın həbsinə reaksiya

05 Sentyabr, 26 / 19:07

MİQ-də 81 bal toplayan müəllim nazirlikdən kömək istədi

05 Sentyabr, 26 / 19:05

Eyni bina, eyni mənzil, amma 60 min manat fərq – Səbəb

05 Sentyabr, 26 / 18:43
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.