Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı – (Foto)

Cəmiyyət

ABŞ-də ilk dəfə bir pasiyent genetik modifikasiya edilmiş donuz böyrəyi ilə 9 ay yaşadıqdan sonra ona insan böyrəyi köçürülüb.

Cagdas.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

66 yaşlı Tim Endryus diabet və hipertoniyadan əziyyət çəkib. Nadir qan qrupuna görə uyğun donor tapmaq çətin olduğundan, 2025-ci ilin yanvarında ona donuz böyrəyi transplantasiya edilib.

Orqan 271 gün fəaliyyət göstərib və xəstənin dializə ehtiyacını aradan qaldırıb. Daha sonra damarlarda yaranan tromblar səbəbindən böyrək çıxarılıb.

2026-cı ilin yanvarında Endryusa insan donorundan böyrək köçürülüb. Həkimlər bu texnologiyanın insan donoru gözləyən xəstələr üçün müvəqqəti “körpü” rolunu oynaya biləcəyini bildirirlər.\milli.az\