Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Misir Mərdanov narazılıq etdi

Cəmiyyət

“Mənə elə gəlir ki, direktorların imtahanla işə qəbulu artıq bir şeydir”.

Çağdaş.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, imtahanla hər şeyi qiymətləndirmək olmur: “İmtahanla hər hansı məqamda qiymətləndirmə mümkündür, amma hər zaman yox. Məsələn, idarəetmə qabiliyyəti, insanlara münasibət və s. məsələləri imtahanla qiymətləndirmək olmur. Mənə elə gəlir ki, hər bir məktəbin direktorunu cəmiyyət özü seçməlidir. İmtahan verib əla qiymət aldın, amma məktəbdə səni tanımırlarsa, o məktəbə necə rəhbərik edə bilərsən? Şəxsi fikrim budur ki, məktəb direktoru məktəbin öz içindən seçilməlidir. O məktəbdə işləyən ən nümunəvi, səriştəli müəllim direktor seçilməlidir ki, məktəbi də idarə edə bilsin”.