ABŞ-də azyaşlı uşaqların tərkibində narkotik maddə olan qida məhsullarını təsadüfən qəbul etməsi hallarında kəskin artım qeydə alınıb.
Çağdaş.Az xəbər verir ki, 2000–2024-cü illər ərzində uşaqların tərkibində kannabis narkotiki olan qida məhsullarından zəhərlənməsi hallarının sayı 3307 faiz artıb.
Hadisələrin 96 faizi ev şəraitində baş verib. Zəhərlənmələrin 85 faizi isə tərkibində kannabis narkotiki olan marmelad və jelibon tipli konfetlərlə bağlı olub.
Zərərçəkənlərin əksəriyyətini 3 yaşdan kiçik uşaqlar təşkil edir. Azyaşlılar rəngarəng və şirniyyata bənzəyən narkotik tərkibli konfetləri adi şirniyyatlarla səhv salaraq yeyirlər.
Kəskin artım marixuananın leqallaşdırılması və onun istifadəsinə dair sosial məhdudiyyətlərin zəifləməsi dövrü ilə üst-üstə düşüb.
Digər narkotik maddələrə — opioidlər və stimulyatorlara daha az rast gəlinsə də, belə zəhərlənmələr uşaqların reanimasiya şöbəsinə yerləşdirilməsi ilə daha çox nəticələnib./Musavat.com/
















