• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Körpə arzusundakı büdcə qorxusu: Uşaq böyütmək neçəyə başa gəlir?

06 Sentyabr, 26 / 12:48
A A

Azərbaycanda doğum sayının azalması son illərdə demoqrafik gündəmin əsas məsələlərindən birinə çevrilib. Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərdə ölkədə doğulan körpələrin sayının ilbəil azaldığı aydın şəkildə nəzərə çarpır. İllik göstəricilərə nəzər saldıqda, 2024-cü ildə ölkə üzrə 102 310 doğulan körpə qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm azalaraq 95 875-ə düşüb.

Gəncləri düşündürən əsas məqam

Bu tendensiyanın səbəbləri sırasında uşağın dünyaya gəlməsi və böyüdülməsinin ailə büdcəsinə yaratdığı maliyyə yükü də göstərilir. Gənclər arasında apardığımız sorğular nəticəsində məlum olur ki, onları qorxudan əsas məqam uşağa çəkilən xərclərdir.

İki uşaq sahibi olan Elmir deyir ki, 10 il öncə ilə indiki xərclər eyni deyil: “10 il əvvəl uşaq böyütməyin qayğıları başqa idi, indiki qədər maliyyə yükü yaratmırdı. Böyük uşağımız böyüyəndə büdcəni planlamaq daha rahat idi. Gündəlik ehtiyaclar, geyimi, arabir həkim müayinəsi ailənin cibinə bu dərəcədə təsir etmirdi. İndi isə xərc addımbaşı hiss olunur. Bu gün bir uşağın normal qidalanması, bağça ödənişi, xəstələnəndə aptek xərcləri, üzərinə də oyuncaq və dəftərxana ləvazimatlarını gələndə aylıq xərc bəzən 1000 manata qədər çıxır”.

Maraqlıdır, Azərbaycanda orta gəlirli ailə üçün yeni doğulan uşağın xərci nə qədərdir?

Hamiləlik və ilk hazırlıq

Xərclər hamiləlik dövründən başlayır. Hamiləlik müddətində həkim müayinələri, doğuş, körpənin ilkin ehtiyacları, tibbi xidmətlər, geyim, qida və digər xərclər ailənin büdcəsinə təsir edir.

Ölkədə tətbiq olunan İcbari Tibbi Sığorta (İTS) çərçivəsində dövlət tibb müəssisələrində hamiləliyin təqibi, standart laborator analizlər, ultrasəs müayinələri (USM) və doğuş əməliyyatı (həm təbii, həm də tibbi göstərişlə qeysəriyyə) tam pulsuz həyata keçirilir. Bu xidmətlər dövlət xəstəxanalarını seçən ailələrin tibbi yükünü gözəçarpan dərəcədə azaldır. Buna baxmayaraq, sığorta zərfinin əhatə etmədiyi və birbaşa ailə büdcəsindən qarşılanan ciddi xərc maddələri qalmaqdadır. Özəl tibb müəssisələrinə müraciət edildikdə həkim mütəxəssis qəbulu 50-120 AZN, USM müayinələri 40-90 AZN, özəl klinikalarda doğuş paketləri isə 1 200-3 500 AZN arasında dəyişən əlavə ödəniş tələb edir. Dövlət xəstəxanasında belə xüsusi həkim seçimi sığortaya daxil deyil. Hamiləlik dövründə təyin olunan vitaminlər, dəmir preparatları, dərmanlar (aylıq 80-180 AZN) və bəzi xüsusi genetik testlər sığorta tərəfindən ödənilmir. Sığorta mexanizmi yalnız tibbi xidmətləri əhatə etdiyindən, körpənin ilkin ehtiyacları – uşaq arabası (250-1 200 AZN), beşik (200-800 AZN), geyim və yataq dəstləri (150-400 AZN) birdəfəlik böyük kapitallaşma tələb edir. Nəticədə, İTS tibbi baxımdan baza dəstəyi təmin etsə də, xüsusi tibbi xidmət üstünlükləri, aptek xərcləri və körpənin ilkin təchizatı uşaq dünyaya gəlməmişdən öncə ailə üçün minimum 1 200-3 500+ AZN civarında qaçılmaz bir maliyyə öhdəliyi yaradır. Daha bahalı klinikalar və premium məhsullar seçildikdə bu məbləğ əhəmiyyətli dərəcədə arta bilər.

Körpənin ilk ili: Büdcədə ən böyük sınaq

Əvvəlcə uşağın istifadə etdiyi məhsullar, gigiyena vasitələrinin bazar qiymətlərini araşdırdıq. Uşaq bezlərinə ayda minimum 60-100 manat, gigiyena vasitələrinə 30-70 manat, geyimə 30-80 manat, dərman və digər tibbi ehtiyaclara isə orta hesabla 30-100 manat xərclənə bilər. Orta gəlirli ailə üçün körpənin gündəlik ehtiyaclarını nəzərə aldıqda, ilk il ərzində xərclər kifayət qədər geniş diapazonda dəyişir. Körpənin ana südü ilə qidalanması ailənin xərclərini müəyyən qədər azalda bilər. Əks halda süni qida üçün aylıq əlavə 100-250 manat və daha çox vəsait tələb olunur. Orta hesabla bir uşağa ayda 400-450 manat civarında xərc formalaşır. Bu isə bir il ərzində təxminən 4 800-5 400 manat deməkdir.

Görünməyən xərclər və sosial təsirlər

İqtisadçı-ekspert Rauf Qarayev bildirir ki, uşaq saxlanılması və ailə planlaması məsələsində görünməyən əlavə xərclər ailə büdcəsinə kəskin təsir edir. Ekspertin sözlərinə görə, uşaq böyüdərkən çəkilən xərclər yalnız standart qida və geyimlə bitmir. Buraya xəstəliklər zamanı lazımi dərmanlar, həkim müayinələri, nəqliyyat xərcləri, özəl bağça ödənişləri, dəftərxana ləvazimatları və gündəlik gigiyenik ehtiyaclar daxildir. Mütəxəssis körpənin ən minimal günlük ehtiyaclarını bazarın ən ucuz qiymətləri ilə hesablayır: “Günə 5 ədəd istifadə olunan və bir ədədi 0.50 AZN olan uşaq bezi ayda 75 manat, günə 12 ədəd hesabı ilə ayda 3 paket işlədilən 120 ədədlik nəm salfet 9 manat təşkil edir. Bunun üzərinə 90 qramlıq uşaq sabunu üçün 4.50 manat (3 ədəd), 200 ml şampun üçün 7.50 manat (3 ədəd), diş fırçası üçün 3.10 manat, uşaq geli üçün 4 manat əlavə olunur. Qida tərəfində isə 300 qramlıq ən ucuz uşaq yeməyindən ayda 18 ədəd istifadə edildikdə 207 manat, həftədə 4 ədəd alınan kəsmik-banan üçün isə ayda 27 manat xərc yaranır. Beləliklə, uşağın gigiyena, qulluq və qida ləvazimatları aylıq 337 manat təşkil edir”.

İqtisadçı qeyd edir ki, bu baza xərclərinin üzərinə uşağın ehtimal olunan həkim-dərman xərcləri, geyimi, bağça və nəqliyyat ödənişləri də əlavə edildikdə, bir uşağın saxlanılması üçün minimum 800 manat civarında aylıq məbləğ yaranır və valideynlərin imkanlarından asılı olaraq bu rəqəm dördrəqəmli ədədlərə qədər yüksələ bilir. İqtisadçının fikrincə, bu ağır maliyyə yükü cəmiyyətdə ciddi sosial-demoqrafik dəyişikliklərə yol açır, insanları ailə qurmaqdan çəkindirir, evlənənləri yalnız bir uşaqla kifayətlənməyə sövq edir və ya bəzilərinin ümumiyyətlə subay həyat tərzini seçməsinə səbəb olur.

Orta əməkhaqqı və uşaq xərclərinin nisbəti

2026-cı ilin ilk aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı təxminən 1 172 manat olub. Əgər körpənin orta aylıq birbaşa xərcini minimum 350 manat götürsək, bu məbləğ orta əməkhaqqının təxminən 30 faizinə bərabərdir. Başqa sözlə, orta əməkhaqqı alan bir şəxsin qazancının təxminən üçdə biri yalnız körpənin əsas aylıq ehtiyaclarına gedə bilər.

Mənbə: “Kaspi” qəzeti

Bənzər Xəbərlər

Cəmiyyət

Rəngli konfetlərin arxasındakı təhlükə - 3 yaşadək uşaqlar narkotikdən zəhərlənir

Sentyabr 6, 2026
Cəmiyyət

Bu təqaüd 100 manata qaldırıla bilər

Sentyabr 6, 2026
Cəmiyyət

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Sentyabr 6, 2026
Cəmiyyət

Lütfi Zadənin vəfatından 9 il ötür

Sentyabr 6, 2026
Cəmiyyət

İntensiv yağışlar başlayır – Əhaliyə XƏBƏRDARLIQ

Sentyabr 6, 2026
Cəmiyyət

Misir Mərdanov narazılıq etdi

Sentyabr 6, 2026

XƏBƏR LENTİ

Pentaqondan Kiyevə MƏXFİ MİSSİYA: Trampın sülh emissarları gecə yarısı Avropaya endi

06 Sentyabr, 26 / 13:27

Maşın bazarında vəziyyət: Qiymətlərə hansı amillər təsir edir? - VİDEO

06 Sentyabr, 26 / 13:05

Körpə arzusundakı büdcə qorxusu: Uşaq böyütmək neçəyə başa gəlir?

06 Sentyabr, 26 / 12:48

Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi

06 Sentyabr, 26 / 12:29

İsrail Livana zərbə endirdi: ölənlər var

06 Sentyabr, 26 / 12:10

3 BÜRC saf görünsələr də, onları aldatmaq olmur

06 Sentyabr, 26 / 11:51

Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - VİDEO

06 Sentyabr, 26 / 11:32

Rəngli konfetlərin arxasındakı təhlükə - 3 yaşadək uşaqlar narkotikdən zəhərlənir

06 Sentyabr, 26 / 11:13

Bu təqaüd 100 manata qaldırıla bilər

06 Sentyabr, 26 / 10:54

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

06 Sentyabr, 26 / 10:35
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.