Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

Cəmiyyət

Azərbaycanın milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış “Qarabağ” və “Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

Cagdas.az –ın məlumatına görə, yeni subsidiya mexanizmi çərçivəsində iki yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək.

Subsidiya almaq üçün atların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.

Qeyd olunan dəstək tədbirinin milli at cinslərinin genofondunun qorunmasına, damazlıq işinin gücləndirilməsinə və “Qarabağ” və “Dilbaz” atlarının sayının artırılmasına xidmət etməsi nəzərdə tutulur.\modern.az\