Son dəqiqə
Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb

Sürücülərin DİQQƏTİNƏ – Svetaforlarda yeni rejim tətbiq olunacaq – FOTO

Cəmiyyət

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artması gözlənilir.

Cagdas.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yeni tədris ili ilə bağlı sürücülərə müraciətində qeyd olunub.

“Müşahidələr göstərir ki, övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bəzi valideynlər və özü sürücü olan tələbələr əksər hallarda yol hərəkəti qaydalarına əməl etmirlər.

Bu səbəbdən də təhsil müəssisələrinin yaxınlığında olan yollarda, eləcə də həmin yollara bitişik digər küçə və prospektlərdə süni nəqliyyat sıxlıq yaranır. Belə hallar ictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarının da yollarda əlavə vaxt itirməsinə gətirib çıxarır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə və tələbələrə müraciət edərək, xüsusilə təhsil müəssisələrinin ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Onlardan xahiş olunur ki, nəqliyyat vasitələrini dayanma və durmanın qadağan edildiyi yerlərdə, yolun hərəkət hissəsinin ikinci cərgəsində, ictimai nəqliyyatın dayanacaq məntəqələrində və digər hərəkət iştirakçılarına maneə yaradacaq şəkildə saxlamasınlar. Avtomobillərin mümkün qədər yerüstü və yeraltı dayanacaqlarda, eləcə də müəyyən edilmiş parklanma yerlərində saxlanılması tövsiyə olunur.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yol polisi əməkdaşları ilə birgə paytaxtda yerləşən təhsil müəssisələrinin qarşısı və digər küçə və prospektlərdə yollar nəzarətdə saxlanılacaq.

Süni nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar müşahidə edildikdə, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunacaq.

Eyni zamanda, nəqliyyat axınının fasiləsizliyini təmin etmək məqsədilə müxtəlif istiqamətlər üzrə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək”, – deyə məlumatda bildirilib.\referans media\