Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Cəmiyyət

Artıq 5 mindən çox tələbəyə təhsil krediti verilib.

Cagdas.az bildiriri ki bu barədə Referans Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 2026/2027-ci tədris ilinin payız semestri üzrə Fonda məxsus e-ttkf.edu.az elektron portala müraciət dövrünün açıldığı gündən bu günə qədər 10330 müraciət daxil olub. Bu müddət ərzində 5200 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.

Rəsmiləşdirilən müqavilələrin 1811-i sosial növ, 3389-u isə standart növ təhsil tələbə kreditidir. Sistemdə olan digər müraciətlər hal-hazırda emal prosesindədir.

Qeyd edək ki, 2026/2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbulu 3 avqust tarixindən başlayıb və müraciət dövrü cari semestrin sonuna qədər davam edəcək.