Anonim Qərb diplomatı bildirib ki, Birləşmiş Millətlər Təşkilatı sistemi Ukrayna məsələsi ilə bağlı gündəmdən getdikcə yorulmağa başlayır.
Çağdaş.Az xəbər verir ki, diplomat bu fikirləri Moskvanın Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) rəhbər vəzifələrə nümayəndə təyin etməsi ilə bağlı açıqlamasında bildirib.
“Onların seçilməsi Rusiyanın çoxtərəfli sistemə geri qayıtdığını göstərəcək. BMT sistemi Ukrayna məsələsindən yorulub”, – deyə Qərb rəsmisi anonimlik şərti ilə bildirib.
Digər bir mənbə isə qeyd edib ki, bir sıra ölkələr Rusiya ilə ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığı yenidən bərpa edir və buna görə də BMT-də açıq şəkildə Moskvanın qarşısında çıxış etmək istəmirlər.
“Bir sıra ölkələr Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini yenidən qurur və BMT-də buna açıq şəkildə qarşı çıxmaq istəmirlər”, – deyə mənbə bildirib.
Qeyd olunur ki, Rusiyanın beynəlxalq təşkilatlardakı rolunun bərpası ilə bağlı proseslər Qərb ölkələri arasında fərqli yanaşmalara səbəb olur. Bəzi dövlətlər Moskvanın Ukraynaya qarşı müharibəsi səbəbindən təzyiqlərin davam etdirilməsini müdafiə etsə də, digər ölkələr diplomatik və iqtisadi əlaqələrin saxlanılmasının vacibliyini vurğulayır.


