• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.5° Weather Columbus
$
1.7
€
1.9763
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xəzərdə hərbi balans dəyişir – Azərbaycan mövqeyini gücləndirir

08 Sentyabr, 26 / 10:59
A A

Azərbaycanın Xəzərdə hərbi-dəniz imkanlarının inkişafında yeni mərhələ başlayır. “Salvo” silahlı və “Qaira” kommunikasiya təyinatlı insansız dəniz vasitələrinin təqdim edilməsi ölkənin dəniz təhlükəsizliyi və müdafiə konsepsiyasında pilotsuz texnologiyaların rolunu əhəmiyyətli dərəcədə artırmaqdadır.

Hazırda Xəzəryanı ölkələrin hərbi-dəniz imkanlarına görə Rusiya açıq şəkildə liderdir, İran da regionun əsas dəniz güclərindən biri hesab olunur. Azərbaycan isə xüsusilə sürətli patrul-zərbə platformaları, müasir sensor və raket sistemləri, eləcə də Sahil Mühafizəsinin imkanları hesabına Xəzərdə mühüm hərbi-dəniz potensialına malik ölkələr sırasında yer alır. Lakin yeni nəsil pilotsuz vasitələrin istifadəyə verilməsi bu balansda Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.

Bəs “Salvo” və “Qaira” Azərbaycanın Xəzərdəki hərbi-dəniz potensialına nə vəd edir? Azərbaycan xəzəryanı ölkələrlə müqayisədə hansı mövqedədir və pilotsuz dəniz texnologiyalarının inkişafı gələcəkdə bu sıralamanı dəyişə bilərmi?

Cagdas.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, yeni sistemlərin əhəmiyyəti yalnız donanmaya əlavə vasitələrin qazandırılması ilə məhdudlaşmır. Onun sözlərinə görə, bu texnologiyalar Azərbaycanın dəniz müharibəsi konsepsiyasında ciddi dəyişikliklərə yol aça bilər:

“Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sentyabrın 6-da Hərbi Dəniz Qüvvələrinə səfəri, burada “Salvo” silahlı və “Qaira” kommunikasiya təyinatlı insansız dəniz vasitələrinin təqdimatı və praktiki sınaqlarını izləməsi bu sahəyə xüsusi diqqətin göstəricisidir. Söhbət yalnız Hərbi Dəniz Qüvvələrinin arsenalına yeni vasitələrin əlavə olunmasından getmir – burada əsas məsələ Azərbaycanın öz dəniz pilotsuz sistemləri ekosistemini formalaşdırmağa başlamasıdır. Söhbət böyük, baha və iri platformaların sayının artırılmasından deyil, kiçik, sürətli və yüksək döyüş qabiliyyətinə malik vasitələrdən gedir. Bu baxımdan pilotsuz dəniz vasitələri ənənəvi platformalarla müqayisədə daha az risklə daha böyük döyüş dəyəri yarada bilər”.

Komitə sədrinin fikrincə, Azərbaycan və Türkiyənin birgə istehsal imkanları çərçivəsində bu istiqamətdə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət daşıyır:

“Azərbaycanın hazırkı dəniz döyüş qabiliyyətinin əsas üstünlüklərindən biri nisbətən kiçik platformalarda müasir sensor, rabitə və dəqiq zərbə imkanlarının birləşdirilməsidir. Azərbaycanın dəniz komponentlərində İsrail mənşəli “Şaldag” və “Sa’ar 62” tipli yüksək sürətli patrul-zərbə gəmiləri mühüm yer tutur. Bununla yanaşı, Azərbaycanın Xəzərdəki real dəniz təhlükəsizliyi və silahlı patrul potensialını qiymətləndirərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin imkanlarını da ayrıca nəzərə almaq lazımdır. Bu iki strukturun imkanları Xəzərdə Azərbaycanın ümumi dəniz təhlükəsizliyi potensialının mühüm hissəsini təşkil edir”.

Arzu Nağıyev Xəzəryanı ölkələrin hərbi-dəniz imkanlarının müqayisəsinə də toxunub:

“Xəzərdə hərbi güc baxımından döyüş qabiliyyəti, gəmi tonnajı, raket silahları, sensorlar və digər göstəricilər nəzərə alınmalıdır. Rusiyanın burada açıq üstünlüyü var. İran da kifayət qədər güclü və ciddi imkanlara malikdir. Azərbaycan və Türkmənistan isə müxtəlif istiqamətlərdə üstünlükləri olan ölkələr kimi qiymətləndirilə bilər. Türkmənistan da son illər bu sahəyə ciddi diqqət yetirir. “Salvo” və “Qaira” kimi sistemlərin tətbiqi bu mənzərəni dəyişə bilər. Bu vasitələrin əhəmiyyəti onların sadəcə yeni qayıqlar olması deyil. Əsas məsələ dəniz müharibəsi konsepsiyasının tədricən insanlı platformalardan daha inkişaf etmiş, pilotsuz və riski az olan modellərə keçməsidir. Burada rabitə və idarəetmə sistemlərinin etibarlılığı, peyk kəşfiyyatı, hədəf təyini və pilotsuz vasitələrin digər sistemlərlə inteqrasiyası həlledici əhəmiyyət daşıyır”.

Arzu Nağıyev şəxsi heyətin hazırlığının da Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin əsas komponentlərindən biri olduğunu vurğulayıb:

“Açıq mənbələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və hazırlıq səviyyəsi ilə bağlı məhdud məlumatlar mövcuddur. Bununla belə, son illərdə Azərbaycan hərbçilərinin Rusiya, Türkiyə və digər tərəfdaşlarla müxtəlif təlimlərdə iştirakı, müxtəlif platformaların birgə istifadəsi və pilotsuz sistemlərin tətbiqinə keçid bu sahədə peşəkar kadr potensialının inkişaf etdiyini göstərir. Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin gələcək inkişaf perspektivlərini müsbət qiymətləndirirəm. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatların mühüm istiqamətlərindən biri də müasir texnologiyaların Silahlı Qüvvələrə inteqrasiyasıdır. Bu proses Hərbi Dəniz Qüvvələrində də özünü göstərir. Əsas məqsəd dəyişməz olaraq qalır – Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması. Bu vəzifə quruda və havada olduğu kimi, dəniz istiqamətində də təhlükəsizliyin və müdafiə imkanlarının daim gücləndirilməsini tələb edir”.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda şagirdlərin 48 faizi minimum riyazi biliklərə malikdir

Sentyabr 8, 2026
Cəmiyyət

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Sentyabr 8, 2026
Cəmiyyət

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi

Sentyabr 8, 2026
Cəmiyyət

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

Sentyabr 8, 2026
Cəmiyyət

PISA 2025-in nəticələri açıqlandı

Sentyabr 8, 2026
Cəmiyyət

Aeroport yolunda sürət həddi bərpa edildi

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Azərbaycanda şagirdlərin 48 faizi minimum riyazi biliklərə malikdir

08 Sentyabr, 26 / 13:53

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr, 26 / 13:40

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi

08 Sentyabr, 26 / 13:27

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr, 26 / 13:14

PISA 2025-in nəticələri açıqlandı

08 Sentyabr, 26 / 13:00

Aeroport yolunda sürət həddi bərpa edildi

08 Sentyabr, 26 / 12:47

Bu şəxslər pensiya ala bilməyəcəklər – Nazirlikdən xəbərdarlıq

08 Sentyabr, 26 / 12:35

Tramp: İran müharibəsində qalib gəldikdən sonra neft qiymətləri kəskin ucuzlaşacaq

08 Sentyabr, 26 / 12:21

Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi

08 Sentyabr, 26 / 12:06

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

08 Sentyabr, 26 / 12:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.