• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.5° Weather Columbus
$
1.7
€
1.9763
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

MASALLIDA ŞOK! “Molla” ilə bağlı inanılmaz iddialar – Quranı necə istifadə edir? / VİDEO

08 Sentyabr, 26 / 11:01
A A

Redaksiyamıza Masallı rayonunun Xallıcalı kəndindən ciddi narahatlıq doğuran müraciət daxil olub. Kənd sakinlərinin iddiasına görə, özünü “molla” kimi təqdim edən Mirzəyev Rizvan Bəlafər oğlu dini inanclardan istifadə etməklə insanlardan pul alır və müxtəlif problemlərin həlli ilə bağlı vədlər verir.

Referans Media bildirir ki, sakinlərin sözlərinə görə, məsələnin daha ciddi tərəfi həmin şəxsin müqəddəs Quran kitabından bu məqsədlərlə istifadə etdiyi barədə iddialardır. Bildirilir ki, bəzi insanlar onun yanına müxtəlif problemlərinin həlli ümidi ilə müraciət edir.

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə insanların “Quranla fala baxmaq”, dualar və müxtəlif yazılar vasitəsilə gələcəyi dəyişmək və ya konkret problemləri həll etmək kimi vədlərə inanması ciddi suallar doğurur. Bu mənzərə istər-istəməz Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərini yada salır. Zaman dəyişsə də, insanların dini və mənəvi həssaslığından sui-istifadə edən yanaşmaların hələ də mövcud olması düşündürücüdür.

“İşə düzəltmək” və “məmurun dilini bağlamaq” iddiaları

Şikayətçilərin sözlərinə görə, Rizvan Mirzəyevin yanına yalnız Xallıcalı sakinləri deyil, digər rayonlardan da insanlar gəlir. İddia olunur ki, həmin şəxsdən müəyyən məbləğdə pul qarşılığında müxtəlif dualar və yazılar alanlar var.

Sakinlərin iddiaları arasında daha ciddi məqamlar da səsləndirilir. Belə ki, guya həmin yazılar vasitəsilə kimisə işə düzəltmək, hansısa məmurun “dilini-ağzını bağlamaq” və digər problemləri həll etmək mümkündür.

Təbii ki, belə iddialar ortaya çıxırsa, onların hüquqi və faktiki baxımdan araşdırılması vacibdir. Əgər hər hansı kağız parçası və ya dua insanın işə qəbuluna, dövlət məmurunun qərarına və ya başqa real hadisəyə təsir göstərə bilirsə, bunun hansı əsasla mümkün olduğu sualı yaranır.

Əks halda, insanların çətin vəziyyətindən və ümidlərindən istifadə edərək onlardan pul alınması ehtimalı araşdırılmalıdır.

Kənd icra nümayəndəliyi niyə susur?

Sakinləri narahat edən digər məsələ isə Xallıcalı kəndində vəziyyətin yerli səviyyədə nə dərəcədə diqqətdə saxlanılmasıdır.

Müraciətdə bildirilir ki, müxtəlif rayonlardan insanların bu məqsədlə kəndə gəldiyi müşahidə olunur. Sakinlər kənd icra nümayəndəliyinin vəziyyətdən xəbərdar olub-olmadığını və məsələ ilə bağlı hər hansı tədbir görülüb-görülmədiyini soruşurlar.

Əgər səsləndirilən iddialar həqiqəti əks etdirirsə, burada söhbət yalnız dini inanclardan deyil, insanların maddi və mənəvi baxımdan mümkün istismarından gedə bilər. Bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparması və faktlara hüquqi qiymət verməsi vacibdir.

Vətəndaşlara çağırış

Vətəndaşlara da ehtiyatlı olmağı tövsiyə edirik. Heç bir dini şəxs və ya özünü “molla” kimi təqdim edən biri möcüzəvi şəkildə insanı işə düzəldə, məmurun qərarını dəyişdirə və ya gələcəyi əvvəlcədən müəyyən edə bilməz.

Din insanların mənəvi dayağıdır və müqəddəs mətnlərdən şəxsi qazanc və ya insanların ümidlərindən sui-istifadə məqsədilə istifadə edilməsi ilə bağlı hər hansı iddia ciddi şəkildə araşdırılmalıdır.

Ümid edirik ki, Masallı Rayon İcra Hakimiyyəti və aidiyyəti hüquq-mühafizə orqanları Xallıcalı kənd sakinlərinin səsləndirdiyi iddialara münasibət bildirəcək, zərurət yaranacağı təqdirdə araşdırma aparacaq və qanun pozuntusu müəyyən edilərsə, müvafiq hüquqi tədbirlər görüləcək.

Eyni zamanda, kənd icra nümayəndəliyinin məsələ ilə bağlı mövqeyinin də ictimaiyyətə açıqlanması məqsədəuyğun olardı.

Qeyd: Yazıda səsləndirilən məlumatlar kənd sakinlərinin müraciət və iddialarına əsaslanır. Sözügedən şəxsin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

Gündəm

Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb - FOTOLAR

Sentyabr 8, 2026
Gündəm

Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı

Avqust 29, 2026
Gündəm

Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu edildi – VİDEO

Avqust 29, 2026
Gündəm

Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır

Avqust 22, 2026
Gündəm

Qapalı hövzədə silah tranziti: Bakı hansı təhdidlərlə üz-üzədir?

Avqust 20, 2026
Gündəm

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır – FOTOLAR

Avqust 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda şagirdlərin 48 faizi minimum riyazi biliklərə malikdir

08 Sentyabr, 26 / 13:53

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr, 26 / 13:40

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi

08 Sentyabr, 26 / 13:27

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr, 26 / 13:14

PISA 2025-in nəticələri açıqlandı

08 Sentyabr, 26 / 13:00

Aeroport yolunda sürət həddi bərpa edildi

08 Sentyabr, 26 / 12:47

Bu şəxslər pensiya ala bilməyəcəklər – Nazirlikdən xəbərdarlıq

08 Sentyabr, 26 / 12:35

Tramp: İran müharibəsində qalib gəldikdən sonra neft qiymətləri kəskin ucuzlaşacaq

08 Sentyabr, 26 / 12:21

Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi

08 Sentyabr, 26 / 12:06

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

08 Sentyabr, 26 / 12:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.