Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Azərbaycanda şagirdlərin 30 faizi məktəbdə bullinqlə üzləşir

Cəmiyyət

Azərbaycanda 15 yaşlı şagirdlərin yalnız 30 faizi məktəbdə bullinq və zorakılıq hallarına məruz qalır. 

Cagdas.az xəbər verir ki, bu nəticə OECD-nin PISA 2025 tədqiqatında əksini tapıb.

OECD ölkələrində bullinqlə üzləşməyən şagirdlərin orta payı 53 faizdir. Beləliklə, Azərbaycanın göstəricisi OECD ortalamasından 17 faiz bəndi yüksəkdir.

Azərbaycanlı şagirdlərin məktəbə aidlik hissi də OECD ortalamasından yüksək qiymətləndirilib. Təbiət elmləri dərslərində nizam-intizam mühiti üzrə Azərbaycanın göstəricisi 0,45, OECD üzrə isə 0,14 olub.

Şagirdlərin 65 faizi məktəbdə öyrənmənin əhəmiyyətli olduğuna inanır. OECD ölkələrində bu göstərici orta hesabla 51 faizdir.

Bununla yanaşı, azərbaycanlı şagirdlərin 59 faizi təhsil vasitəsilə sosial mövqeyini yüksəldə biləcəyinə inanır. OECD ölkələrində müvafiq göstərici 66 faizdir