Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Ölkəmizdə qızlar oğlanları riyaziyyatda qabaqladı

Cəmiyyət

Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb.
Cagdas.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı qız və oğlan şagirdlərin nəticələri arasındakı fərqlərə diqqət çəkib.

“PISA 2025 nəticələrində təbiət elmləri üzrə Azərbaycanda qız şagirdlər oğlanları qabaqlayır. Oxu savadlılığında da qızların nəticələri oğlanlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Oxu savadlılığında qızlar orta hesabla 38 bal üstünlük göstərirlər. Dünyada da təxminən belə bir fərq mövcuddur. Riyazi savadlılıq üzrə isə Azərbaycan üçün fərqli mənzərə müşahidə olunur. Belə ki, ilk dəfə qız şagirdlər oğlanları bu istiqamətdə də qabaqlayıblar. Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Əvvəllər əsasən 4 bal civarında fərq olurdu. Amma indi biz fərqli nəticə görürük”-, deyə nazir bildirib.

Emin Əmrullayev vurğulayıb ki, bu nəticə xüsusilə diqqətçəkəndir:

“Çünki beynəlxalq nəticələrdə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə olunur.  Dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olduğu halda, Azərbaycanda əks mənzərə yaranıb. Bu vəziyyətin səbəblərinin araşdırılması vacibdir və məsələyə yalnız təhsil sistemi çərçivəsində deyil, valideynlərin və cəmiyyətin də məsuliyyəti baxımından yanaşılmalıdır. Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların gələcək göstəricilərində belə bir mənzərə yaranır?”.