Cagdas.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestr konserti üzrə göstərilən xidmətlərə, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin təqdim etdiyi tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanaların (hotellərin) gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-ni əhatə edib.
Bundan başqa, ilin ilk yeddi ayında xarici vətəndaşların Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə “tax free” sistemi çərçivəsində dövlət büdcəsindən 6 milyon 208,3 min manat ƏDV qaytarılıb.\metbuat.az\
















