• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9763
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakının normadan artıq yağış dərdi – Çıxış yolu nədədir?

08 Sentyabr, 26 / 19:22
A A
Son dövrlər yağışlı havalardan sonra paytaxt Bakının bir sıra küçələrində subasmalar müşahidə olunur, bu da istər avtomobillərin, istərsə də sakinlərin hərəkətini çətinləşdirir.

Cagdas.az xatırladır ki, bir müddət əvvəl paytaxtda qısa müddətli leysan yağışı yağması nəticəsində Binəqədi rayonunda da eyni vəziyyət yaranmışdı – küçələri su basmışdı.

Yaxın zamanlara nəzər salsaq ötən ilin oktyabrında güclü yağışların şəhər təsərrüfatını iflic etməsi yada düşür. Həmin vaxt Sabunçu rayonu ərazisindəki tuneli su basması nəticəsində iki nəfər boğularaq ölüb, Nərimanov rayonunda Bağırov körpüsünü, Nəsimi və Binəqədi rayonlarındakı körpü və yol ötürücülərini su basması paytaxtda nəqliyyatın fəaliyyətini demək olar ki, dayandırmışdı. Eyni zamanda əsas və köməkçi küçələr su altında qalmış, sovetlər dövründə qurulan mövcud kanalizasiya sistemləri, yağış sularını toplayan xətlər normadan artıq yağan yağış sularını ötürə bilməmiş, bir sözlə mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Bakı şəhərinin əksər qəsəbələrində kanalizasiya şəbəkələrinin ümumiyyətlə olmaması isə yağışlar dövründə sakinlərin yaşadığı çətinlikləri bir daha göz qabağına gətirir.

Mütəmadi olaraq paytaxtın müxtəlif qəsəbələrində yay aylarında içməli su ilə yaranan problemlər, yağışlar mövsümündə isə ərazilərin çirkab siların altında qalması ilə bağlı xəbərlər sosial şəbəkə və mətbuatda geniş müzakirələrə səbəb olur. Daha bir bədbəxt hadisə iyunun 26-da baş verdi.  Yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıq səbəbindən Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə yolda çökmə vaxtı 27 yaşlı gənc kanalizasiya xəttinə düşərək həlak oldu. Bu zaman da müəyyən edildi ki, həmin ərazidə asfalt örtüyü hadisədən 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.

Bakı şəhəri və onun qəsəbələrindəki mövcud içməli su və kanalizasiya şəbəkələri, o cümlədən son bədbəxt hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin qurum tərəfindən istismar olunur. Həmçinin paytaxt və onun qəsəbələrində içməli su təminatı və kanalizasiya şəbəkələrinin çəkilməsi, yenilənməsi və digər məsələlər məhz agentliyin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən həyata keçirilir və dövlət büdcəsindən bu quruma hər il çox böyük miqdarda vəsait ayrılır.

Məlumdur ki, paytaxtımız son illər ərzində genişlənib və inkişaf edib, yüzlərlə yeni çoxmənzilli yaşayış binaları, müxtəlif iri obyektlər, minlərlə fərdi yaşayış evləri tikilib, əhali sayında böyük artım olub. Bu da öz növbəsində su istifadəçilərinin sayını kəskin artırıb, sovetlər dövründə qurulan kanalizasiya şəbəkəsi artıq öz vəzifələrinin öhdəsindən gəlmir. Bu istiqamətdə görülən işlər nəzərə çarpmır və  nəzərdə tutulan işlər barədə isə ictimaiyyətə məlumat verilmir. Qurumun şablon cavabı isə “gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərərək tədbirlər həyata keçirilməsi və Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələrin hazırlanaraq müvafiq qurumlara təqdim olunması” olub.

Nəticədə isə yəqin ki, bu və qarşıdakı illərdə də payız və yaz aylarında yağan yağışlar zamanı şəhərin həyatında yenə ciddi problemlər yaranacaq.

İnşaat məsələləri üzrə ekspert və memar Muxtar Ərturan problemin səbəbləri və həlli yolları ilə bağlı Ölkə.az-a danşıb.

O bildirib ki, Bakıda subasmaların səbəbini yalnız yağıntının çoxluğu ilə izah etmək düzgün deyil. Problem həm də şəhərin yağış suyunu qəbul edə, saxlaya və təhlükəsiz şəkildə kənarlaşdıra bilən kanalizasiya sisteminin olmamasıdır:

“Şəhər böyüdükcə torpaq asfalt, beton və tikililərlə örtülür. Əvvəllər torpağa hopan su indi qısa müddətdə küçələrə və kollektor sisteminə yönəlir. Buna köhnəlmiş və ya kifayət etməyən yağış suyu xətlərini, bəzi ərazilərdə relyef problemini, drenaj çatışmazlığını və təbii sutoplayıcı sahələrin azalmasını əlavə etdikdə intensiv yağış zamanı sistemin yüklənməsi qaçılmaz olur. 2026-cı ildə keçirilən dövlət müşavirəsində də Bakı və Abşeronda bəzi təbii sutoplayıcı göllərin qurudulması və ərazilərin tikintiyə cəlb edilməsinin subasma riskini artırdığı xüsusi qeyd olunub”.

Ekspertin fikrincə, nəticəyönümlü həll təkcə daha böyük borular çəkmək deyil:

“Birinci növbədə Bakının subasma risk xəritəsi və rəqəmsal yağış-su modeli hazırlanmalı, ən riskli nöqtələr üzrə kollektor və drenaj şəbəkəsinin ötürücülük qabiliyyəti yenidən hesablanmalıdır. Yağış və məişət kanalizasiyası mümkün qədər ayrılmalı, yeni tikililərdə yağış suyunun hamısının dərhal küçəyə axıdılması əvəzinə onun sahə daxilində saxlanması, toplanması və texniki məqsədlərlə təkrar istifadəsi nəzərdə tutulmalıdır. Bu yanaşmalar Bakının Baş Planında da yer alır.

Eyni zamanda şəhərdə su keçirən səthlər, yağış bağları, yaşıl zonalar, yeraltı su rezervuarları və müvəqqəti sutoplayıcı hövzələr artırılmalıdır. Yəni yağış suyuna tullantı kimi yox, idarə olunmalı şəhər resursu kimi baxmalıyıq”.

M.Ərturan deyib ki, “VR Standartları 2026” yanaşmasında da yaşayış mühitinin təhlükəsizliyi yalnız binanın daxilində qiymətləndirilmir. Binanın ətraf sahəsi, səth sularının istiqamətləndirilməsi, girişlərin və aşağı səviyyələrin subasmadan qorunması, insanların təhlükəsiz hərəkəti bütöv sistem kimi nəzərdən keçirilməlidir:

“Mənim üçün əsas prinsip budur: yağışı dayandıra bilmərik, amma şəhəri yağışa hazırlaya bilərik. Subasma təbii hadisə ilə başlayır, lakin onun fəlakətə çevrilib-çevrilməməsini şəhərsalma və mühəndis infrastrukturu müəyyən edir”.

Memar Cahid Həsənov isə Ölkə.az-a açıqlamasında bildirib ki, iqlim şəraitinin dəyişilməsi və yaxud mövsümün gəlməsi ilə bağlı yağıntıların çoxalması bu fəsatları ortaya çıxarır:

“Buna səbəb 50-70-ci illərdə 1 milyonluq Bakı əhalisinin nüfuzuna görə hesablanmış və istismara verilmiş kanalizasiya sistemidir. Həm şəhərdə əhali sayının dəfələrlə artması, həm də o vaxtkı və indiki texnologiyaların fərqli olması sözügedən problemləri orataya çıxarır”.

O vurğulayıb ki, bu ilin əvvəlində paytaxtın kanalizasiya sisteminin tam dəyişdirilməsinə start verilib.

“Bu layihə həyara keçiriləndən sonra oxşar problemlər olmayacaq. Bu isə bir neçə ilə başa gəlir. İşlər enişli-yoxuşlu ərazilər, əhali sıxlığı olan ərazilər nəzərə alınmaqla yeni texnoloji avadanlıqlarla həyata keçiriləcək. Baş Plan təsdiq edilib və bu da imkan verəcək ki, sonrakı dövrdə suötürücü kanalizasiya sistemləri bir daha belə fəsadlar verməsin”, – ekspert əlavə edib.\ölkə.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Sentyabr 8, 2026
Cəmiyyət

“Gənclik Mall”da həyəcan siqnalı verildi

Sentyabr 8, 2026
Cəmiyyət

Ermənistandan Lori pendiri gələrsə, alacam – Qərbi azərbaycanlı deputatlar

Sentyabr 8, 2026
Cəmiyyət

Şəhərətrafı ərazilərə ekspres avtobuslar artırıla bilər – EKSPERT

Sentyabr 8, 2026
Cəmiyyət

Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur

Sentyabr 8, 2026
Cəmiyyət

Üç plastik cərrah cəzalandırıldı, 22 klinika cərimələndi

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Bakının normadan artıq yağış dərdi – Çıxış yolu nədədir?

08 Sentyabr, 26 / 19:22

Azərbaycanda geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

08 Sentyabr, 26 / 19:01

“Gənclik Mall”da həyəcan siqnalı verildi

08 Sentyabr, 26 / 18:49

Ermənistandan Lori pendiri gələrsə, alacam – Qərbi azərbaycanlı deputatlar

08 Sentyabr, 26 / 18:34

Şəhərətrafı ərazilərə ekspres avtobuslar artırıla bilər – EKSPERT

08 Sentyabr, 26 / 18:21

Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur

08 Sentyabr, 26 / 18:08

Üç plastik cərrah cəzalandırıldı, 22 klinika cərimələndi

08 Sentyabr, 26 / 17:57

Hökumət bu il üçün büdcə göstəricilərini AÇIQLADI

08 Sentyabr, 26 / 17:41

Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq

08 Sentyabr, 26 / 17:28

2027-ci il büdcəsində maaş və pensiyalarda 10 faiz artırım gözlənilir

08 Sentyabr, 26 / 17:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.