Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Bakıda kirayə ev axtaranların nəzərinə: yaxın aylarda…- Ən real ssenari

Cəmiyyət

Bakıda kirayə mənzil bazarında ənənəvi “qaynar dövr” başlayıb, amma bu il tələbin daha da artacağı gözlənilir. Bildirilir ki, köhnə tikililərin sökülməsi ilə evlərini tərk edən sakinlərin kirayəyə yönəlməsi, eyni zamanda Rusiyada səfərbərliklə bağlı yayılan iddialar fonunda ölkədən çıxan insanların bölgə ölkələrinə, o cümlədən Azərbaycana üz tutması bazara əlavə təzyiq yarada bilər. Artan tələbin fonunda isə münasib qiymətə, normal şəraitli mənzil tapmaq çətinləşir və kirayə qiymətlərinin yüksəlməsi riski artır.

Bakıda kirayə mənzil böhranı dərinləşir? Tələb bu qədər artarsa, yaxın aylarda kirayə qiymətləri daha da bahalaşa bilərmi və sıravi vətəndaş münasib qiymətə ev tapmaqda çətinlik çəkəcəkmi?

Çağdaş.Az-ın xəbərinə görə, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, Bakıda kirayə bazarında ənənəvi mövsümi canlanmanın üzərinə əlavə tələb gələrsə, yaxın aylarda qiymətlərin artması real riskdir:

“Xüsusilə sökülən binalardan köçən sakinlərin və əlavə miqrasiya axınının bazara daxil olması münasib qiymətə olan mənzillərin sayını azalda bilər. Lakin qiymət artımının miqyası təkcə tələbdən asılı deyil. Yeni kirayə mənzillərin bazara çıxması, söküntülərin tempi və miqrasiya axınının davamlı olub-olmaması da mühüm rol oynayacaq. Tələb təklifi üstələyərsə, ilk növbədə daha ucuz və orta qiymətli mənzillərin bahalaşması gözlənilir”.

Akif N%C9%99sirli 900x506 1

İqtisadçı bildirib ki, bu vəziyyətdə ən çox çətinliyi gəliri məhdud olan vətəndaşlar çəkəcək:

“Onlar ya daha kiçik və şəhərdən uzaq mənzillərə köçməyə, ya da bir neçə nəfərlə birlikdə ev kirayələməyə məcbur qala bilərlər. Buna görə hazırkı mərhələdə tammiqyaslı “kirayə böhranı” demək tez olsa da, münasib qiymətə mənzil tapmaq probleminin dərinləşməsi kifayət qədər real ssenaridir”.

Ləman İmran