Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

ADNSU-da üçnövbəli dərs iddialarına CAVAB

Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris korpuslarından birinin təmirə bağlanması tələbələr arasında müxtəlif müzakirələrə səbəb olub. Bütün tələbələrin bir korpusda yerləşdiriləcəyi, dərslərin distant, hibrid və ya üçnövbəli formada təşkil ediləcəyi barədə suallar yaranıb.

Cagdas.az bildirir ki məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq universitetdən bildirilib ki, yeni tədris ilində tədrisin təşkili ilə əlaqədar hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

ADNSU-nun mətbuat xidmətinin məlumatına görə, tələbələr təhsillərini universitetin birinci tədris korpusunda davam etdirəcəklər:

“Dərslər distant və ya hibrid formada keçirilməyəcək. Universitetin əsas korpusunda auditoriyalar müəyyənləşdirilib. ADNSU yeni tədris ilinə tam hazırdır”.

Beləliklə, tədris korpuslarından birinin təmirə bağlanmasına baxmayaraq, dərslərin ənənəvi – əyani formada davam etdirilməsi planlaşdırılır.