Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Məktəblər nəzarətə götürüldü

Cəmiyyət
Yeni tədris ilinin başlanması ərəfəsində BDYPİ-nin “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib.

Cagdas.az xəbər verir ki, əsasən, avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.