Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Qarabağda məktəblərin sayı artırılır – 52-yə çatacaq

Cəmiyyət

Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatacaq.

Cagdas.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O bildirib ki, ötən tədris ilində Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb: “Yeni tədris ilindən bu ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur.

Ölkənin digər ərazilərində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.

Eşqi Bağırov qeyd edib ki, son aylarda 1000 təhsil müəssisəsində təmir işləri aparılıb. Bu isə təxminən 550 min şagirdin təhsil mühitinin yaxşılaşdırılması deməkdir.\modern.az\