Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Yeni təmayül siniflərinə 20 minə yaxın müraciət daxil olub

Cəmiyyət

Azərbaycanda yeni təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin sayı kəskin artırılır. 2026–2027-ci tədris ilində layihənin 90 məktəbi əhatə etməsi nəzərdə tutulur.

Cagdas.az  xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni təmayül tədris modeli layihəsi 2024–2025-ci tədris ilində 5 məktəbdə tətbiq edilməyə başlayıb. 2025–2026-cı tədris ilində isə layihənin əhatə dairəsi genişləndirilərək məktəblərin sayı 14-ə çatdırılıb.

Eşqi Bağırov qeyd edib ki, layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub:

“Bu ilkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində layihənin 90 məktəbə genişləndirilməsini nəzərdə tutmuşuq. Bu siniflərdə təhsil almaq üçün qısa müddət ərzində 20 minə yaxın müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir”.\modern.az\