Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər

Cəmiyyət
Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması məsələsinin müzakirəyə çıxarılması təklif olunur. Bununla bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib.

Cagdas.az  xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə komitənin iclasında çıxış edib.

Deputat bildirib ki, dünya ali təhsilində bakalavr proqramlarının müddəti ilə bağlı yeni tendensiyalar müşahidə olunur. Onun sözlərinə görə, ABŞ-nin Vaşinqton şəhərində yerləşən “American University” ali təhsil müəssisəsi ilk dəfə üçillik bakalavr proqramına keçib.

Fariz İsmayılzadə qeyd edib ki, Avropa ölkələri Boloniya prosesi çərçivəsində üçillik bakalavr sistemini uzun müddətdir tətbiq etsə də, ABŞ klassik dördillik təhsil modelini qoruyurdu:

“Artıq orada da əmək bazarının dəyişən tələbləri, çeviklik və təhsil xərclərinin artması nəzərə alınaraq bu addım atılır. Düşünürəm ki, biz də dünyadakı bu tendensiyanı nəzərə almalı, ‘Ali təhsil haqqında’ qanun layihəsinə yenidən baxmalıyıq”.

Komitə sədrinin müavini universitetlərdə çevikliyin artırılması, əmək bazarının tələblərinə daha sürətli cavab verilməsi və mütəxəssislərin daha çevik hazırlanması üçün bu mövzuda ictimai dinləmələrin təşkilini təklif edib