İçkini qaynar halda içənlərin nəzərinə

Çay və qəhvə kimi içkiləri çox isti halda müntəzəm qəbul etmək qida borusu xərçəngi riskini artıra bilər.

Cagdas.az xəbər verir ki, Oksford Universitetinin apardığı və təxminən 1 milyon insanın məlumatlarının təhlil edildiyi araşdırmada bu əlaqənin indiyədək ən geniş tədqiqatlardan biri olduğu bildirilib.

Nəticələrə görə, içkiləri 65 dərəcə və daha yüksək temperaturda qəbul edən şəxslərdə qida borusu xərçənginə tutulma riski ilıq içki qəbul edənlərlə müqayisədə təxminən üç dəfə çoxdur. Gündə altı və daha çox isti içki içmək də riskin artması ilə əlaqələndirilib.

Mütəxəssislər bildirirlər ki, çox isti mayelər qida borusunun daxili səthindəki hüceyrələrə zərər verə bilər. Buna görə içkini qaynar halda qəbul etməkdənsə, bir neçə dəqiqə soyumasını gözləmək tövsiyə olunur.

Bununla belə, ümumi riskin aşağı olduğu qeyd olunur. Qida borusu xərçəngi riskini artıran əsas amillər arasında siqaret və alkoqol istehlakı da yer alır.\metbuat.az\

Bənzər Xəbərlər

XƏBƏR LENTİ