Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Kərki Azərbaycanındır – Paşinyan

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın Kərki kəndinin delimitasiya prosesi çərçivəsində geri qaytarılması məsələsinə münasibət bildirib.

Cagdas.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan ermənilərin “Tiqranaşen” adlandırdığı yaşayış məntəqəsinin mövcudluğunu davam etdirəcəyini, lakin harada yerləşəcəyinin başqa məsələ olduğunu deyib.

“‘Tiqranaşen’ yaşayış məntəqəsi olacaq, amma harada – bu, başqa sualdır”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan bir daha vurğulayıb ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə Kərki və Azərbaycanın digər anklavları daxil deyil. Onun sözlərinə görə, həmin əraziyə Ermənistanın Azərbaycandakı anklavı olan Başkənd daxildir.

Ermənistanın Baş naziri Kərkinin Azərbaycana qaytarılmasına imkan verməyəcəklərini deyən qüvvələri müharibəyə təhrikçilikdə ittiham edib:

“‘Biz imkan verməyəcəyik’ deyənlər müharibəyə təhrik edirlər. Məsələnin necə həll olunacağı başqa mövzudur. Faktın təsbit edilməsi bir şey, onun ərazidə necə həll olunması isə başqa şeydir”.

Paşinyan daha əvvəl də xəritələrə əsasən Kərkinin Ermənistan ərazisi olmadığını açıqlamışdı. O bildirmişdi ki, anklavlarla bağlı məsələlər delimitasiya və sülh prosesi çərçivəsində həll edilməlidir.

Qeyd edək ki, Kərki Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid anklav kəndidir. Kənd 1990-cı ildən Ermənistanın nəzarəti altındadır.\modern.az\