• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.8° Weather Columbus
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

SON DƏQİQƏ! Bakıdakı tıxaclara qarşı yeni addım – EKSKLÜZİV

11 Sentyabr, 26 / 17:59
A A

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə dövlət qurumlarında fərqli iş qrafiklərinin tətbiqi sınaqdan keçiriləcək.

Cagdas.az -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etdiyi təklifə əsasən, 15 sentyabr 2026-cı ildən etibarən 2 ay müddətində bütün dövlət orqanlarında, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərdə, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərdə üç müxtəlif iş rejiminin tətbiqi nəzərdə tutulur.

Təklifdə işçilər ən azı 30 faiz olmaqla aşağıdakı iş qrafikləri üzrə bölüşdürüləcək:

08:00–17:00

09:00–18:00

09:30–18:30

Test müddətində iş qrafiklərinin Bakı şəhərində nəqliyyat sıxlığına təsiri də qiymətləndiriləcək. Bunun üçün aidiyyəti dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən monitorinq aparılması təklif olunur. Nazirlər Kabineti tərəfindən təklif qəbul edilib.

332509.jpg (62 KB)

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiqi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərdəndir. Proqramın müvafiq bəndində dövlət orqanları, təhsil və tibb müəssisələri, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə uyğun təşkil edilməsi tapşırılıb. Nazirliyin təklifində işçilərin əmək funksiyalarının imkan verdiyi hallarda hibrid və distant iş formasının tətbiqi, özəl müəssisələrə isə iş vaxtı rejimlərini yeni qrafiklərə uyğunlaşdırmağın tövsiyə edilməsi də nəzərdə tutulur. Hazırda bəzi dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Bakı Metropoliteni” QSC-də dəyişkən iş qrafiki tətbiq edilir.

Nazirlik hesab edir ki, yay tətili və məzuniyyət dövrünün başa çatması ilə sentyabr ayından test rejiminə başlanılması daha real nəticələrin əldə edilməsinə imkan verəcək. İki aylıq sınaq müddətinin nəticələri təhlil edildikdən sonra dəyişkən iş qrafiki tətbiq ediləcək qurumların yekun siyahısının hazırlanması və mərhələli keçidin təmin edilməsi nəzərdə tutulur.\musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Gələn ilin büdcəsi ilə bağlı mühüm QƏRAR

Sentyabr 11, 2026
Cəmiyyət

Aqrar sığorta və əmlak vergisində nöqsanlar aşkarlanıb

Sentyabr 11, 2026
Cəmiyyət

Müəllimlər bu ildən vahid geyimə keçəcək? – RƏSMİ

Sentyabr 11, 2026
Cəmiyyət

Rusiyada azərbaycanlılara yeni QADAĞA

Sentyabr 11, 2026
Cəmiyyət

TƏBİB-in tabeliyindəki qurumda KÜTLƏVİ İXTİSARLAR – Nə baş verir?

Sentyabr 11, 2026
Cəmiyyət

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Sentyabr 11, 2026

XƏBƏR LENTİ

Gələn ilin büdcəsi ilə bağlı mühüm QƏRAR

11 Sentyabr, 26 / 19:13

Aqrar sığorta və əmlak vergisində nöqsanlar aşkarlanıb

11 Sentyabr, 26 / 19:00

Müəllimlər bu ildən vahid geyimə keçəcək? – RƏSMİ

11 Sentyabr, 26 / 18:52

Rusiyada azərbaycanlılara yeni QADAĞA

11 Sentyabr, 26 / 18:41

TƏBİB-in tabeliyindəki qurumda KÜTLƏVİ İXTİSARLAR – Nə baş verir?

11 Sentyabr, 26 / 18:27

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

11 Sentyabr, 26 / 18:13

SON DƏQİQƏ! Bakıdakı tıxaclara qarşı yeni addım – EKSKLÜZİV

11 Sentyabr, 26 / 17:59

Kirayə mənzil üçün hansı ərazilər daha sərfəlidir?

11 Sentyabr, 26 / 17:46

İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat

11 Sentyabr, 26 / 17:33

40 mindən çox məcburi köçkün Qarabağa qayıdıb

11 Sentyabr, 26 / 17:19
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.