Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Müəllimlər bu ildən vahid geyimə keçəcək? – RƏSMİ

Cəmiyyət

Milli Məclisin qəbul etdiyi “Ümumi təhsil haqqında” Qanuna dəyişikliyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər üçün geyim tələbləri aidiyyəti dövlət qurumu tərəfindən müəyyən ediləcək. 

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından müəllimlərin 2026–2027-ci tədris ilindən vahid geyimə keçib-keçməyəcəyi maraq doğurur.

Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyiminə dair tələblər və onların tətbiqi mexanizmləri hazırlanır.

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək”, – deyə rəsmi cavabda qeyd olunub.

Beləliklə, müəllimlərin bu tədris ilindən vahid geyimə keçəcəyi hələlik rəsmən təsdiqlənməyib. Geyim tələblərinin nələri əhatə edəcəyi, vahid formanın tətbiq olunub-olunmayacağı və qaydaların hansı tarixdən qüvvəyə minəcəyi hazırlıq prosesi yekunlaşdıqdan sonra açıqlanacaq.\modern.az\