Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Temu və Trendyol bağlamalarının gecikmə səbəbləri AÇIQLANDI

Cəmiyyət

Son günlər xarici onlayn alış-veriş platformalarından, o cümlədən Temu və Trendyol-dan sifariş edilən bağlamaların gecikməsi ilə bağlı narazılıqlar müşahidə olunur. Gecikmələrin gömrük prosedurları ilə bağlı olub-olmaması da sual doğurur.

Cagdas.az bildiriri ki məsələ ilə bağlı Modern.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat İdarəsinin rəisi Natiq Axundov bildirib ki, gömrük zonasına daxil olan bağlamalar qısa müddət ərzində nəzarətdən keçirilir və daşıyıcı şirkətlərə təhvil verilir.

“Gömrük zonasına daxil olan bağlamalar qısa zaman ərzində gömrük nəzarətindən keçirilir və dərhal daşıyıcı şirkətə təhvil verilir”, – deyə N.Axundov qeyd edib.

Komitə rəsmisi bildirib ki, məhsullar gömrük zonasına daxil olduqdan sonra sahiblərinə çatdırılır. Onun sözlərinə görə, bağlamaların gömrük zonasına çatana qədər gecikməsi daşıyıcı şirkətlərlə əlaqədardır.

“Məhsullar gələn kimi sahiblərinə çatdırılır, oraya gələnə qədər gecikmələr daşıyıcı şirkətlərlə bağlıdır”, – deyə N.Axundov vurğulayıb.