Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Əhali pulunun yarısını bu sahəyə xərcləyib

Cəmiyyət
2026-cı ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsulları təşkil edib.

Cagdas.az bildiriri ki bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, ümumilikdə, bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq məhsul satılıb. Bunun 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatını qeyri-ərzaq malları təşkil edir.

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,9% artıb.

2026-cı ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.  \ölkə.az\