Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Pakistanın Ermənistanla bağlı siyasəti dəyişdi – İrəvanda ilk səfir

Cəmiyyət

Pakistanın Ermənistandakı ilk fövqəladə və səlahiyyətli səfiri Şafqat Əli Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.

Cagdas.az xəbər verir ki, etimadnamələrin təqdim edilməsi mərasimindən sonra tərəflər Pakistan və Ermənistan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Ermənistan prezidentinin mətbuat xidməti bildirib ki, Xaçaturyan Şafqat Əli Xana diplomatik missiyasında uğurlar arzulayıb və onun Pakistanın Ermənistandakı ilk səfiri olmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, bu təyinat Pakistanın Ermənistanla münasibətlərində tarixi dəyişiklikdən sonra baş verib.

Pakistan uzun illər Ermənistanı müstəqil dövlət kimi tanımayan ölkələrdən biri olub. İslamabadın bu mövqeyi əsasən Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə əlaqələndirilirdi. Azərbaycan Xarici İşlər Nazirliyi də əvvəlki illərdə Pakistanın Ermənistanı məhz Azərbaycanın ərazilərinin işğalına görə tanımadığını və iki ölkə arasında diplomatik münasibətlərin olmadığını bildirirdi.

Lakin Azərbaycan-Ermənistan sülh prosesində baş verən dəyişikliklər fonunda Pakistan və Ermənistan arasında münasibətlərdə yeni mərhələ başlayıb. Bundan sonra qarşılıqlı diplomatik nümayəndələrin təyin edilməsi istiqamətində addımlar atılıb. 2026-cı ilin iyulunda Ermənistan da Pakistan üzrə ilk səfirini təyin edib.

Şafqat Əli Xan bundan əvvəl Pakistanın Rusiya və Birləşmiş Ərəb Əmirliklərində səfiri, həmçinin ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.\modern.az\