“Apple”ın ilk qatlanan smartfonu “iPhone Duo”nun Türkiyədə dünyanın ən yüksək qiymətinə satılacağı bildirilir. Modelin 256 GB yaddaşa malik baza versiyasının qiyməti ABŞ-dakından 2,3 dəfə baha olacaq.
Cagdas.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “iPhone Duo”nun 256 GB-lıq versiyası bu ölkədə 229 999 lirəyə – təxminən 4,7 min dollara təklif ediləcək.
Bu məbləğ Azərbaycan valyutası ilə təxminən 8 min manat edir.
Müqayisə üçün, cihazın ABŞ-də rəsmi başlanğıc qiyməti 1999 dollar, yaxud mövcud məzənnə ilə təxminən 3400 manatdır. “Apple” yeni modelin oktyabrın 23-dən satışa çıxarılacağını açıqlayıb. \modern.az\
















