Son dəqiqə
TƏCİLİ: Quba-Xınalıq yolunda təhlükəli vəziyyət: 8 dağ kəndi ilə əlaqə kəsildi Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir Maaş və pensiyalar hansı qaydada qaldırılacaq? – AÇIQLAMA  30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir İrəvan bazarına yeni məhsullar gedir – Azərbaycanın yeni ixrac planı Bakının bu yolu birdəfəlik BAĞLANIR Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Prezident: “Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk” Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI
Reklam
Reklam

Ermənistan Zəngəzur dəhlizinin təməlqoyma vaxtını AÇIQLADI

Cəmiyyət

Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlinin 2027-ci ilin əvvəlində qoyulmasının mümkün olduğunu açıqlayıb.

Cagdas.az xəbər verir ki, səfir bu barədə jurnalistlərlə söhbətində danışıb.

Onun sözlərinə görə, proqram çoxsaylı komponentləri əhatə edir və hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır.

“Biz bütün mərhələləri keçmişik. Bizim tərəfdən Vaşinqtona çoxsaylı nümayəndə heyətləri göndərilib, Vaşinqtonda müxtəlif idarələrarası görüşlər keçirilib. İndi isə proqram yetişib və praktiki icra mərhələsinə keçib. Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasiminin keçirilməsi mümkün olacaq”, – diplomat bildirib.

Mkrtçyan qeyd edib ki, hətta adi bir binanın tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının nə qədər vaxt apardığını nəzərə almaq lazımdır.

“İndi isə təsəvvür edin ki, bu layihənin nə qədər çox komponenti var”, – Ermənistanın ABŞ-dakı səfiri əlavə edib.\modern.az\