ABŞ Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında itkin düşən təyyarənin qalıqlarını aşkarlayıb.
Çağdaş.Az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, axtarış qrupları dağıntıların olduğu ərazini müəyyənləşdirib və qalıqların itkin düşən təyyarəyə aid olduğunu təsdiqləyib.
Sanitar aviasiyaya məxsus Gulfstream G100 tipli təyyarə Bermud adalarından Bostona uçarkən Nantaket sahilləri yaxınlığında radarlardan itib. Təyyarə ilə əlaqə şənbə günü yerli vaxtla saat 02:00-da kəsilib.
Hazırda göyərtədə olan 6 nəfərin axtarışları davam etdirilir./Ölkə.az/


