Son dəqiqə
İnfarktın bu əlamətlərini çoxları bilmir Süni intellekt beyin xərçənginə qarşı yeni ümid yaratdı Azərbaycanın “Hollivudu” adlandırılan kənd – Maraqlı faktlar Ermənistanda saxlanılan əsgərimizdən xəbər var Başqasının kartına səhvən köçürülən pulu necə geri alaq? İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi – FOTO/YENİLƏNDİ FOTO/YENİLƏNDİ Azərbaycanda məktəblərdə telefondan istifadə qadağan edilir – QƏRAR VERİLDİ 1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq Paşinyan Ermənistanın xüsusi xidmət orqanının rəis müavinini işdən qovub Xarici media Lukaşenkonun bahalı saatından yazdı
Reklam
Reklam

Azərbaycanda məktəblərdə telefondan istifadə qadağan edilir – QƏRAR VERİLDİ

Cəmiyyət

Azərbaycanda şagirdlərin dərs zamanı mobil telefon istifadəsinə məhdudiyyət qoyulması nə dərəcədə məqsədəuyğundur və telefonların tədris prosesində faydalı vasitə kimi istifadəsi necə təmin oluna bilər?

Cagdas.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlərin dərs zamanı mobil telefondan istifadəsinin məhdudlaşdırılması vacibdir. Onun sözlərinə görə, dünyanın, demək olar ki, inkişaf etmiş və digər ölkələrində də bu istiqamətdə qərarlar qəbul edilir.

Ekspert qeyd edib ki, bunun əsas məqsədi şagirdin dərs zamanı konkret olaraq tədris prosesinə fokuslanmasını təmin etməkdir:

“Əgər şagird dərs zamanı mobil telefonundan istifadə edirsə, mobil oyunlar oynayır və yaxud hansısa sosial platformadan istifadə edirsə, bir növ dərsdən kənar məsələlərlə məşğul olur. O zaman həmin şagirdin təhsil göstəriciləri təbii ki, aşağı düşəcək”.

Elçin Əfəndi bildirib ki, bu məqsədlə dərs zamanı mobil telefonların yığılması, eyni zamanda ağıllı texnoloji alətlərin – saatlar, telefonlar, planşetlər və s. – şagirdin üzərində olmaması tədris prosesinə müsbət istiqamətdə dəyişiklik və fayda verə bilər.

Onun sözlərinə görə, əsas məqsəd şagirdlərin bu alətlərdən yalnız zərurət yarandığı halda istifadə etməsidir.

“İndi ola bilər, gələcək dövrdə hansısa planşetlər və yaxud texnoloji alətlər şagirdlərə təqdim oluna bilər ki, məsələn, süni zəka əsaslı dərs zamanı və yaxud hansısa qiymətləndirmə zamanı imkan yaradılsın. Amma qalan digər hallarda dərsin gedişatında mobil telefondan istifadə doğru deyil”, – deyə ekspert vurğulayıb.\referans media\