Son dəqiqə
İnfarktın bu əlamətlərini çoxları bilmir Süni intellekt beyin xərçənginə qarşı yeni ümid yaratdı Azərbaycanın “Hollivudu” adlandırılan kənd – Maraqlı faktlar Ermənistanda saxlanılan əsgərimizdən xəbər var Başqasının kartına səhvən köçürülən pulu necə geri alaq? İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi – FOTO/YENİLƏNDİ FOTO/YENİLƏNDİ Azərbaycanda məktəblərdə telefondan istifadə qadağan edilir – QƏRAR VERİLDİ 1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq Paşinyan Ermənistanın xüsusi xidmət orqanının rəis müavinini işdən qovub Xarici media Lukaşenkonun bahalı saatından yazdı
Reklam
Reklam

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi – FOTO/YENİLƏNDİ FOTO/YENİLƏNDİ

Cəmiyyət

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Cagdas.az 
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşdü.

Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev dedi:

-Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.

Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.

***

Bakıda, Milli Gimnastika Arenasında oktyabrın 5-də cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Referans Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib.

***

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

Cagdas.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyir.

PhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhotoPhoto