Son dəqiqə
Reklam
Reklam

Naxçıvanda mədəniyyət nazirinin vəzifəsi Fazil Məmmədova həvalə edildi

Cəmiyyət

Fazil İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.

Cagdas.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev oktyabrın 6-da sərəncam imzalayıb.

Sərəncama əsasən, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Fazil Məmmədova həvalə edilib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 14 avqust tarixli 354-06/S nömrəli sərəncamının ikinci hissəsi ləğv olunub.\modern.az\