Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Bakının mərkəzində kəlağayılı xanımlar yürüş keçirdilər

Cəmiyyət

Bakının mərkəzində milli baş örtüyü olan kəlağayının təbliği məqsədilə yürüş təşkil olunub.

Cagdas.az xəbər verir ki, bu gün QHT-lərin təşəbbüsü ilə bir qrup azərbaycanlı xanım kəlağayı örtərək paytaxtın mərkəzi küçələrində gəzinti-yürüş keçirib.

Qız Qalasının qarşısından başlayan yürüşün əsas məqsədi milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılması, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğidir.

Təşkilatçıların sözlərinə görə, bu cür təşəbbüslər milli-mənəvi dəyərlərin qorunmasına, kəlağayıdan istifadənin təşviqinə və qədim ənənələrin gənc nəsillərə çatdırılmasına xidmət edir.

Qeyd edək ki, kəlağayı Azərbaycan qadınlarının əsrlər boyu istifadə etdiyi ənənəvi baş örtüyüdür. Təbii ipəkdən hazırlanan kəlağayı xalqımızın milli kimliyini, geyim mədəniyyətini və estetik dünyagörüşünü əks etdirən mühüm mədəni irs nümunələrindən sayılır.

2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Kəlağayı sənətinin əsas mərkəzləri Şəki və Basqaldır. Bu ənənəvi baş örtüyünün hazırlanmasında ipəkçilik, xüsusi boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur.

Bakının mərkəzində keçirilən kəlağayılı yürüş şəhər sakinlərinin və turistlərin böyük marağına səbəb olub.\modern.az\