Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO

Cəmiyyət

ABŞ-ın “Tesla” şirkəti yeni elektrikli idman avtomobili “Roadster”i təqdim edib. Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq havada öz oxu ətrafında çevrilib.

Cagdas.az xəbər verir ki, təqdimat ABŞ-ın Texas ştatında, “SpaceX” şirkətinin sınaq poliqonunda keçirilib.

“Çox şey görmüşəm, amma buna bənzər heç nə görməmişəm”, – deyə tədbirdə “Tesla”nın rəhbəri İlon Mask bildirib.

Avtomobilin əsas yeniliyi sıxılmış qaz buraxan xüsusi soplo sistemidir. Bu sistem avtomobilin havada olduğu zaman mövqeyini idarə etməyə imkan verir.

Nümayişlərdən biri zamanı idman avtomobili əyri rampanın üzəri ilə hərəkət edərək çevrilmiş vəziyyətə düşüb, daha sonra isə rampadan yerə enib.

Avtomobilin hətta təkərləri yuxarı vəziyyətdə olarkən rampanın səthində qalmasını xüsusi ventilyator sistemi təmin edib. Bu sistem avtomobili səthə sıxan qüvvə yaradır.\moden.az\