Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil

Dünya

Hörmüz boğazında hərbi əməliyyatların yaxın vaxtlarda başa çatacağı gözlənilmir. Bunu Rusiya Prezidentinin müşaviri Anton Kobyakov açıqlayıb.

Çağdaş.Az-ın məlumatına görə, Kobyakov bu barədə Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən mətbuat konfransında danışıb.

O bildirib ki, Hörmüz boğazı uğrunda mübarizə davam edir və bu marşrut vasitəsilə daşınan neftin həcmi müharibədən əvvəlki dövrlə müqayisədə kəskin azalıb.

Kobyakovun sözlərinə görə, müharibədən əvvəl boğazdan gündəlik təxminən 20 milyon barel neft keçirdisə, hazırda bu göstərici 1,5–2 dəfə aşağıdır. Bəzi qiymətləndirmələrə əsasən, gündəlik daşınma həcmi 10–13 milyon barel təşkil edir.

Rusiya rəsmisi qeyd edib ki, mövcud vəziyyət Hörmüz boğazında qarşıdurmanın nə vaxt başa çatacağı ilə bağlı dəqiq fikir söyləməyə imkan vermir.