Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 48 nəfərin partiyadan xaric edilməsi barədə qərar qəbul olunub. Xaric edilənlər arasında Aylin Nazlıaka, İlhan Cihaner, Gül Çiftçi, Selin Sayek Böke, Kerim Rota, Sevgi Kılıç və Serkan Özcan kimi tanınmış şəxslər də var.
Çağdaş.Az xəbər verir ki, CHP-nin Ali İntizam Şurası intizama cəlb edilən 50 nəfərdən 48-nin partiyadan qəti şəkildə xaric edilməsinə qərar verib.
Proses avqustun 26-da CHP sədrinin müavini və partiyanın sözçüsü Müslim Sarının keçirdiyi mətbuat konfransından sonra başlayıb.
Sarı həmin vaxt Mərkəzi İdarə Heyətinin və Partiya Məclisinin gündəliyi barədə danışarkən, başqa siyasi partiyada fəaliyyət göstərən, lakin hələ də CHP üzvü olan şəxslərin intizama cəlb edildiyini açıqlamışdı.
Onun sözlərinə görə, həmin şəxslər barəsində tədbir görülməsi üçün intizam proseduru başladılıb.
İki nəfər haqqında xaric edilmə qərarı verilmədi
Ali İntizam Şurası keçmiş Bitlis vilayət təşkilatının sədri Metin Güzelkaya və Partiya Məclisinin keçmiş üzvü Ozan Varal barədə isə partiyadan xaric edilmə qərarı qəbul etməyib.
Beləliklə, intizama cəlb edilən 50 nəfərdən 48-i partiyadan xaric olunub, iki nəfər barədə isə bu qərar verilməyib.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) xaric edilən şəxslərin tam siyahısı belədir:
Ali Abbas Ertürk, Asiye Ergül, Aylin Nazlıaka, Bahattin Bahadır Erdem, Barış Övgün, Bedirhan Berk Doğru, Berk Kılıç, Burcu Mazıcıoğlu, Canan Taşer, Cansel Çiftçi, Ecevit Keleş, Elif Leyla Gümüş, Emine Uçak Erdoğan, Güldem Atabay, Hikmet Erbilgin, İlhan Cihaner, Kerim Rota, Kübra Gökdemir, Mahir Yüksel, Melisa Uğraş, Meryem Gül Çiftçi Binici, Nazan Güneysu, Ozan Işık, Önder Kurnaz, Polat Şaroğlu, Selin Sayek Böke, Sercan Çığgın, Serkan Özcan, Sevgi Kılıç, Sinem Kırçiçek, Tolga Sağ, Turgay Özcan, Uğurcan İrak, Uygar Parçal, Yalçın Karatepe, Zeliha Aksaz Şahbaz, Tuğçe Hilal Özkan, Yankı Bağcıoğlu, Baran Seyhan, Emre Kartaloğlu, Emre Yılmaz, Pınar Uzun Okakın, Oya Ünlü Kızıl, Deniz Çakır, Remzi Kazmaz, Oğuzhan Cenan, Aysemin Gülmez və Mesut Kırşanlı.


