Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər

Cəmiyyət

Azərbaycanda heç vaxt müzakirəsi səngiməyən mövzulardan biri müğənnilərin, musiqiçilərin gəlirləridir.
Sənətçilərin dəbdəbəli evləri, bahalı avtomobilləri, geyimləri insanların diqqətini çəkir, onların nə qədər qazandığı haqqında müxtəlif suallar yaranır. Xüsusilə, bəzi müğənnilərin toylara 5-15 min və daha yüksək məbləğə getməsindən sonra müzakirələr daha da aktuallaşır.

Bununla yanaşı, müğənnilər kliplərdən, reklamlardan və digər fəaliyyətlərdən də gəlir əldə edirlər.

Bəs sənətçilərin həqiqi qazancı hansı meyarlarla müəyyən edilir? Bəyan edilən gəlirlərlə faktiki gəlirlərin uyğunluğu necə yoxlanılır? Bu prosesdə vergi orqanları hansı mexanizmlərdən istifadə edir?

Cagdas.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vergi ödəyicisi gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmalı, qanunla müəyyən edilmiş hallarda vergi hesabatlarını təqdim etməli və hesablanmış vergiləri vaxtında ödəməlidir.

Məlumatda vurğulanıb ki, bu öhdəliklərin yerinə yetirilməsi vergi sistemində şəffaflığın və vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsinin əsas şərtlərindən biridir:

“Vergi Məcəlləsinə əsasən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Qeyd edilən fəaliyyət ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 20 manatdır.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün yuxarıda qeyd olunan aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;

– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1.5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1;

– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0.5″.

Qeyd edilib ki, vergilərin düzgün hesablanmasını və tam, vaxtında ödənilməsini təmin etmək üçün vergi orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bu zaman vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və hesabatları təhlil edir. Bununla yanaşı, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi hesabatlar, vergi orqanında mövcud olan digər məlumatlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilən məlumatlar vasitəsilə də vergi ödəyicisinin öhdəliklərini düzgün yerinə yetirməsinə nəzarət edilə bilər.

Belə məlumatların təhlili vergi ödəyicisinin bəyan etdiyi gəlirlərin, xərclərin və digər vergitutma obyektlərinin faktiki fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsinə imkan verir. Məlumatlar arasında uyğunsuzluq və ya vergi öhdəliyinin düzgün hesablanmadığını göstərən hallar aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulan nəzarət və yoxlama mexanizmlərindən istifadə edilə bilər”, – məlumatda bildirilib.