2026-cı ilin yanvar-sentyabr ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 71 963 vahid artıb.
Cagdas.az bildiriri ki bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bununla da sığortaedənlərin sayı 2 286 908 vahid olub.
Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 10 240 vahid, fiziki şəxslər üzrə 58 004 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 3 719 vahid artıb.


