Cagdas.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
9 ay ərzində qurum 46 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 444-ü qeyri-yaşayış, 3 075-i torpaq sahələri üzrə olmaqla 3 519 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25,5 % çox – 43,3 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.\metbuat.az\


