Son dəqiqə
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin!

Hesablama Palatasının strukturu dəyişir

Cəmiyyət

Hesablama Palatasının strukturunun dəyişdirilməsi nəzərdə tutulur.

Cagdas.az  bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti barədə məlumat verilib, bəzi qurumlar üzrə monitorinqin aparılması ilə bağlı təkliflər irəli sürülüb.

Sonra hüquqi aktlarda, o cümlədən Əmək Məcəlləsində həyata keçirilmiş dəyişikliklərin kənar dövlət maliyyə nəzarəti tədbirlərinin keçirilməsində, habelə Hesablama Palatasının cari fəaliyyətində nəzərə alınması ilə bağlı təqdimatlar edilib.

Daha sonra Hesablama Palatasında həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub, dəyişikliklərin qurum qarşısında duran vəzifələrin icrasında önəmindən bəhs olunub. Müzakirələr zamanı kollegiya üzvləri və struktur bölmə rəhbərləri müvafiq fikir və təkliflər irəli sürüb.

Sədr qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli icrası, o cümlədən nəzarət tədbirləri üzrə qurumların icra etmədiyi və qismən icra etdiyi tədbirlərin icrasının təmin olunması üçün fəaliyyətlərin sürətləndirməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib\modern.az\