Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Mətbuat Şurasının IX qurultayı keçirilir

Cəmiyyət

Bu gün Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir. Qurultayda Azərbaycan Mətbuat Şurasının yeni rəhbərliyinin və İdarə Heyətinin formalaşdırılması istiqamətində səsvermə başlayıb.

Cagdas.az  xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən qurultayda ölkənin müxtəlif media qurumlarının, informasiya agentliklərinin, qəzetlərin, xəbər portallarının və jurnalist təşkilatlarının nümayəndələri iştirak edirlər.

Mətbuat Şurasının əvvəlcədən açıqladığı məlumata əsasən, qurultayda iştirakını 225 nümayəndə təsdiqləyib.

Dördillik fasilədən sonra keçirilən qurultayın əsas gündəliyi Mətbuat Şurasının ötən dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, yeni İdarə Heyətinin seçilməsi, sədrin müəyyənləşdirilməsi, eləcə də qurumun fəaliyyətini tənzimləyən sənədlərə dəyişikliklərin edilməsidir.

İdarə Heyətinin tərkibi dəyişir

IX qurultayın əvvəlki qurultaydan əsas fərqlərindən biri Mətbuat Şurasının İdarə Heyətinin say tərkibi ilə bağlıdır.

Belə ki, 2022-ci ildə keçirilən VIII qurultayda İdarə Heyətinə 23 nəfər seçilmişdi. Onlardan 14-ü jurnalistləri, 9-u isə ictimaiyyəti təmsil edirdi.

Hazırkı İdarə Heyətinin 13 üzvü, o cümlədən sədr Rəşad Məcid seçkidə iştirak etməyəcək.

Belə ki, Mətbuat Şurasının indiki sədri Rəşad Məcid, sabiq sədr Əflatun Amaşov, Qulu Məhərrəmli, Vüsalə Mahirqızı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aydın Quliyev, Aqil Ələsgər və digər tanınmış şəxslər adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.

Siyahıda ümumilikdə 46 nəfərin adı yer alıb. Onların 28-i media, 18-i isə ictimaiyyət nümayəndələri üzrə namizəddir.

Namizədlər arasında tanınmış media rəhbərləri, baş redaktorlar, jurnalistlər, ali təhsil müəssisələrinin nümayəndələri və ictimai xadimlər var.

Hazırda IX qurultay çərçivəsində seçki prosesi davam edir. Səsvermənin yekununda Mətbuat Şurasının yeni İdarə Heyətinin tərkibi və sədri məlum olacaq.