Son dəqiqə
Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala…

Ermənistan çayına Avropada qadağa qoyuldu – SƏBƏB

Cəmiyyət

Latviyada Ermənistandan gətirilən yaşıl çayın bir partiyasının ölkəyə idxalı qadağan edilib. Buna səbəb məhsulun tərkibində Avropa İttifaqında istifadəsi qadağan olunan pestisidin aşkarlanmasıdır.

Cagdas.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Latviyanın Qida və Baytarlıq Xidmətinin apardığı yoxlama zamanı çəkisi 57,6 kiloqram olan çay partiyasında tolfenpirad pestisidinin qalıqları aşkarlanıb. Bu maddənin Avropa İttifaqında istifadəsinə icazə verilmir.

Laboratoriya analizləri, həmçinin iki digər pestisidin — lambda-siqalotrin və tiametoksamın miqdarının yol verilən həddi aşdığını göstərib.

Qurumun məlumatına görə, məhsullar məhv edilməli və ya Avropa İttifaqına daxil olmayan ölkəyə göndərilməlidir.

Qeyd edək ki, Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünə tətbiq etdiyi məhdudiyyətlərdən sonra İrəvan ixracın bir hissəsini Avropa İttifaqı ölkələrinə yönəltməyə çalışıb. Bu məqsədlə Ermənistan Brüsseldən on milyonlarla avro vəsait alıb.\modern.az\